BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da Azərbaycanda arxiv fəaliyyətinin konstitusion-hüquqi əsasları araşdırılıb

            BDU-da Azərbaycanda arxiv fəaliyyətinin konstitusion-hüquqi əsasları araşdırılıb

            BSU 3 March 2025 13:24

            BDU-da Azərbaycanda arxiv fəaliyyətinin konstitusion-hüquqi əsasları araşdırılıb

            Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin və “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru İradə Bayramova “Azərbaycan Respublikasında arxiv fəaliyyətinin konstitusion-hüquqi əsasları” mövzusunda məruzə edib.

            İradə Bayramova ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb. 44 günlük Vətən müharibəsi və bir günlük lokal antiterror əməliyyatları nəticəsində qazandığımız Zəfərdən bəhs edib. Ölkəmizin ərazi bütövlüyünün, suverenliyimizin bərpasının tarixi nailiyyət olduğunu diqqətə çatdırıb.

            Məruzədə arxivçilik tarixinə nəzər salınıb, sahəyə dair əsas anlayışlar şərh olunub.  Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ölkəmizdə arxiv işinin formalaşmasındakı xidmətləri haqqında geniş məlumat verilib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra arxiv işinin xüsusilə inkişaf etdiyini vurğulayan məruzəçi bu sahəyə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin diqqət və qayğı göstərdiyini bildirib: “Ulu Öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 12 fevral 2020-ci il tarixli Sərəncamı sahənin inkişafına mühüm töhfədir”.

            Tədqiqatda arxiv işinin qanunvericilik bazası geniş şərh olunub, sahəyə dair bir sıra hüquqi sənədlər izah edilib. Məruzədə həmçinin Azərbaycan Respublikasının Dövlət Arxivinin strukturu öyrənilib, arxivin komplektləşdirmə mənbələri, sənədlərin saxlanma müddətləri kimi vacib istiqamətlər tədqiq olunub. Müasir arxivlərdə rəqəmsallaşdırma proseslərinin tendensiyası, elektron xidmətlərin əhəmiyyəti diqqətə çatdırılıb.

            Məruzəçi artıq ikinci ildir BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasına tələbə qəbulunun həyata keçirilməsini və ardıcıl olaraq qəbul planının 100 faiz dolmasını xüsusi vurğulayıb: “Bu baxımdan hesab edirəm ki, fakültədə sahə ilə bağlı tədqiqatların aparılması prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılmalıdır”.

            Elmi seminar müzakirələrlə davam edib.

            BDU-da Azərbaycanda arxiv fəaliyyətinin konstitusion-hüquqi əsasları araşdırılıb
            BDU-da Azərbaycanda arxiv fəaliyyətinin konstitusion-hüquqi əsasları araşdırılıb
            BDU-da Azərbaycanda arxiv fəaliyyətinin konstitusion-hüquqi əsasları araşdırılıb
            BDU-da Azərbaycanda arxiv fəaliyyətinin konstitusion-hüquqi əsasları araşdırılıb
            BDU-da Azərbaycanda arxiv fəaliyyətinin konstitusion-hüquqi əsasları araşdırılıb
            BSU

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025