BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib

            BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib

            first degree 3 February 2025 16:47

            BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və “BDU könüllüləri”nin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan Gəncləri Günü gənc nəslə daim böyük diqqət və qayğı ilə yanaşmış, dövlətin gənclər siyasətinin təməlini qoymuş və bu siyasəti Azərbaycanın inkişafının mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmiş Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 28 il əvvəl Ulu Öndərin imzaladığı Fərmanla fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilən Gənclər Günü kimi təqvimdə yer alır. Bütün dünyaya nümunə olan bu addımdan xeyli sonra BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə Beynəlxalq Gənclər Günü (12 avqust) elan edilib. Məhz Ümummilli Liderin qəbul etdiyi fərman və sərəncamlar, qanunlar və dövlət proqramları gənc nəslin cəmiyyətdə mütəşəkkil qüvvəyə çevrilməsində, ictimai fəallığının yüksəldilməsində, dövlət idarəçiliyinə cəlb edilməsində və faydalı məşğulluğunun təmin olunmasında mühüm rol oynayıb. Dövlətimizin gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub: “Yetişməkdə olan nəslin təhsili və mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, dövlətə və xalqa sadiqlik ruhunda formalaşması, hərtərəfli sosial müdafiəsi istiqamətində atılan addımlar buna bariz nümunədir. Bu gün ölkəmizdə bakalavr və magistr hazırlığını həyata keçirən dövlət və özəl ali təhsil müəssisələrində, eləcə də  elmi təşkilatlarda 200 minə yaxın, 60-dan çox orta ixtisas təhsil müəssisəsində 60 mindən artıq tələbə təhsil alır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”ı çərçivəsində yüzlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında elmi biliklərə yiyələnir. Müxtəlif elm sahələrində elmi dərəcə və ad alan gənclərimizin də sayı artmaqdadır. Azərbaycanın gənc idmançıları Olimpiya və dünya çempionatlarında uğurla çıxış edir, yüksək mükafatlara layiq görülürlər. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda gənclərin təhsil almalarına və məşğulluğuna, onların yaradıcı və innovativ potensialının üzə çıxarılması, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək bacarığına yiyələnməsi, gənclər arasında könüllülük hərəkatının inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi önəm verilir. Müstəqil Azərbaycanın gəncləri Vətənə və xalqa sevgisi, dövlətə sadiqliyi, milli adət-ənənələrə bağlılığı ilə seçilən nəsildir. Ölkəmizin suverenliyini təmin etmiş böyük qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman gənclərimizin rəşadəti sayəsində əldə edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun istedadlı gənclərin aşkarlanması istiqamətində həyata keçirdiyi sosial layihələr, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkə daxilində və xaricdə təşkil edilən tədbirlər gənclərimizin ictimai fəallığının artırılmasında, məşğulluğunun təmin olunmasında mühüm rol oynayır”.
            Rektor diqqətə çatdırıb ki, BDU uğurla həyata keçirilən gənclər siyasətinin gerçəkləşməsinə öz töhfəsini verməkdədir: “BDU-da tələbələrin elmi potensialının üzə çıxarılmasında mühüm rol oynayan Tələbə Elmi Texniki Yaradıcılıq Mərkəzi, Tələbə Elmi Cəmiyyəti, gənclər siyasətinin və könüllülük fəaliyyətinin təşviqini həyata keçirən Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və “BDU könüllüləri” təşkilatı gənclərin inkişafında, tələbələrin ictimai fəallığının artırılmasında xüsusi ilə fərqlənir. Son illər BDU-da Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin, Xarici Dil Mərkəzinin fəaliyyətə başlaması, “Code for Future” layihəsinin həyata keçirilməsi tələbələrin bilik və bacarıqlarını daha da artırır, onların fərdi istedadlarının üzə çıxarılmasına əlverişli şərait yaradır. Məhz bunun nəticəsidir ki, BDU tələbələrinin komandaları son illər “TEKNOFEST” festivallarında mühüm nəticələr əldə edirlər. Ötən il BDU tələbələri nüfuzlu “Robotex Avrasiya” festivalında da ciddi uğur qazanıblar. 2024-cü ilin aprel ayında keçirilən bu festivalda BDU-nun yarışmada iştirak edən 7 komandasının hər biri qalib olub”.

            Azərbaycan Gənclər Fondunun İcraçı direktorunu əvəz edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov çıxışlarında Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətin apardığı gənclər siyasətinin rolundan bəhs ediblər.

            Tədbirdə BDU-nun 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub.

            Daha sonra tədris göstəricilərinə görə fərqlənən və BDU-nun ictimai həyatında fəal iştirak edən 40 tələbəyə təşəkkürnamələr təqdim olunub.

            Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.

            BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib
            BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib
            BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib
            BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib
            BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib
            BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib
            BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib
            BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib
            BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib
            BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib
            BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib
            BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş forum keçirilib
            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025