BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU, AQUPDK və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib

            BDU, AQUPDK və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib

            BSU 20 February 2025 14:05

            BDU, AQUPDK və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib

            Bakı Dövlət Universiteti (BDU), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Konfransın açılışında çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, müasir Azərbaycanın qız və qadınları ölkənin siyasi və ictimai həyatında, elm, təhsil və mədəniyyət sahələrində fəal iştirak edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uğurla həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda qızların təhsili, qadınların elmi araşdırmalarda və idarəetmədə iştirakı sürətlə dəyişən müasir dünyanın tələblərinə, yeni çağırışlara cavab verir. Hər bir cəmiyyətdə qızların və qadınların təhsilə və elmi fəaliyyətə cəlb edilməsi gender bərabərliyinin mühüm istiqamətlərindən biridir. Qadın və kişilərin bərabər təhsil almaları, cinsi mənsubiyyətə fərq qoyulmadan elmi fəaliyyətlə məşğul olmaları ölkə vətəndaşlarının hüquq bərabərliyinin fundamental əsasını təşkil edir. Ölkədə qadınlar ali təhsilin magistratura səviyyəsində çalışan, doktoranturada təhsil alan, elmin inkişafına töhfə verən fəlsəfə doktorlarının yarıdan çoxunu təşkil edir. Bu gün dünyada informatika və riyaziyyat, texnologiya və mühəndislik kimi ixtisaslar üzrə təhsil alanların 35 faizini qızlar təşkil etdikləri halda, bizim ölkədə bu rəqəm 40 faiz olmaqla orta dünya göstəricisindən artıqdır. Azərbaycan dövləti ölkə vətəndaşlarının, o cümlədən qızların və qadınların əlçatan və keyfiyyətli təhsil almaları, müxtəlif peşə və ixtisaslara yiyələnmələri, öz bilik və bacarıqları ilə insan kapitalını zənginləşdirmələri üçün hər bir şərait yaradıb. Qızların təhsili yalnız onların gələcək həyat rifahının təmin olunması üçün deyil, həm də ailə dəyərlərinin qorunması və möhkəmlənməsi, övladlarının düzgün tərbiyə olunması, bütövlükdə isə cəmiyyətin tərəqqisi üçün həlledici rola malikdir.

            Rektor bildirib ki, ölkənin ilk və ən böyük ali təhsil müəssisəsi olan BDU-da hazırda bakalvriatura və magistratura təhsil səviyyələrində 25000-ə yaxın (24739 nəfər) tələbə təhsil alır. Onlardan 16641 nəfəri, təxminən 67, 2 %-i qızlardır. Bu il BDU-ya 5414 tələbə qəbul olunub, onlardan 3803 nəfəri, başqa sözlə, 70 faizi qızlardır. Son imtahan sessiyasında qız tələbələrin oğlan tələbələrlə müqayisədə müvəffəqiyyət göstəricisi təxminən 20% çox olub. BDU-nun qız tələbələri təhsillərini uğurla davam etdiməklə yanaşı, Universitetin ictimai həyatında da fəal iştirak edirlər. BDU-nun Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, “BDU könüllüləri” təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin üzvlərinin əksəriyyətini qızlar təşkil edir.

            Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən dövlət proqramları və məqsədyönlü islahatlar insan kapitalının inkişafını təmin etməklə yanaşı, qızların təhsili imkanlarını da genişləndirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə mühüm layihələr həyata keçirir. Bu fəaliyyətin stimullaşdırdığı bir neçə layihə də Dövlət Komitəsi tərəfindən reallaşdırılmaqdadır. 2021-ci ildən etibarən Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən "Gənc qızların təhsilinə dəstək" layihəsi, Təhsilin İnkişafı Fondu ilə birgə fəaliyyət nəticəsində təsis olunmuş "Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı” da bunlardandır. "Sən tək deyilsən" layihəsi çərçivəsində "Gələcəyə əmin addımlarla" şəhid xanımlarının təhsilinə dəstək proqramı təsis edilib.

            Komitə sədri bildirib ki, qızların təhsili həm də cəmiyyətin tərəqqisi və iqtisadi güclənməsi baxımından vacib amil olmaqla gələcəyə qoyulan sərmayə kimi dəyərləndirilməlidir. Aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində qızların ali təhsil müəssisələrinə qəbulunu təşviq etmək, onların akademik inkişafına dəstək olmaq və təhsildə gender bərabərliyini təmin etmək əsas hədəflərdən biridir. Bunun üçün hazırda müasir təhsil imkanlarını və innovasiyaları təşviq edən bir mühit formalaşdırılmaqdadır.  Bakı Dövlət Universiteti ilə imzalanacaq əməkdaşlıq memorandumu Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu ilə əməkdaşlığı daha da genişləndirmək məqsədi daşıyır: “Memorandum çərçivəsində ailə institutu, milli dəyərlərlə bağlı elmi tədqiqatlar aparılacaq, sorğular keçiriləcək. Birgə hədəflər bizi məqsədlərimizə daha tez çatdıra bilər”.

            Elm və təhsil naziri Emin Əmrullayev çıxışında deyib ki, Azərbaycanda qızların təhsili uzunmüddətli hədəflərdəndir: "Təhsil sahəsində görülən işlərin nəticəsi adətən ən tezi 20 il müddətinə görülür. Məsələn, bu gün təhsil almayan qız 10-15 ildən sonra ana olur və övladı növbəti 20 ilə əmək bazarına daxil olur. Təxminən 35 ildən sonrakı reallığı - bu günün fəaliyyəti və ya fəaliyyətsizliyini müşahidə etmiş oluruq. Bu səbəbdən qızların təhsilə əlçatanlığı və keyfiyyətli təhsil alması vacib amildir. Bu gün hələ də dünyanın bəzi yerlərində qızların təhsil hüquqları tamamilə məhdudlaşdırılır. Odur ki, təhdidləri açıq şəkildə müzakirə etməyə ehtiyac var".

            Nazir bildirib ki, bu gün daha çox qız müxtəlif pillələrdə təhsilə cəlb olunur: “Azərbaycanda 20 il əvvəllə müqayisədə bu gün üç dəfə çox gənc təhsil alır. Təhsil alanlar arasında gənc xanımların sayının artması savadlı anaların, ailələrin olması deməkdir. Təhsil Azərbaycan gənclərinin, xüsusilə qızların növbəti mərhələlərdə özünün və cəmiyyətin inkişafını şəkilləndirən amil olacaq. Beynəlxalq təhsil tədqiqatları da ali təhsil almış valideynlərin övladlarının nəticələrinin daha yüksək olduğunu göstərir. PİSA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) nəticələri də bunu təsdiqləyir. Təhsilli ailələrdə böyüyən uşaqların akademik uğurları daha yüksəkdir. Bu, təhsilin uzunmüddətli təsirini göstərən vacib faktordur. Təhsilə daha çox qız cəlb olunarsa, dünyada təxminən 3 milyona yaxın insan yoxsulluqdan qurtula bilər”.

            Sonra BDU və AQUPDK arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

            Sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fond tərəfindən qızların təhsilinə dəstək istiqamətində aparılan layihələrdən söz açıb. Bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə "Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı, “NEQSOL Holding” ilə birgə “Parla” təqaüd və inkişaf proqramı, STP Şirkətlər Qrupu ilə birgə “Zərif mühəndislər” xanımların inkişafı layihəsi və “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyi ilə birgə “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramları həyata keçirilib: “Bu proqramlara 2600-ə yaxın müraciət edilib, ümumilikdə 336 qız təqaüd alıb. Bu cür proqramlar dövlət-özəl tərəfdaşlığı vasitəsilə davam etdiriləcək və qızlarımızın təhsilinə təşviqi işi gücləndiriləcək”.

            Milli Məclisin elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva, BDU-nun Fizika fakültəsinin Maddə quruluşu kafedrasının müdiri Sacidə Əbdülvahabova, Dövlət Gömrük Akademiyasının İnformasiya texnologiyaları fakültəsinin tələbəsi, “Gənc qızların  təhsilinə dəstək” layihəsinin iştirakçısı Fidan Mehdiyeva, şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı, “Sən tək deyilsən” layihəsi  çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının iştirakçısı Vüsalə Əliyeva çıxışlarında ölkədə qızların təhsil almaları üçün yaradılan yüksək şərait və onlara göstərilən qayğıdan danışıb, bunun cəmiyyətin inkişafı üçün vacib addımlardan olduğunu bildiriblər.

            Tədbir bədii proqramla davam edib.

            BDU, AQUPDK və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib
            BDU, AQUPDK və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib
            BDU, AQUPDK və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib
            BDU, AQUPDK və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib
            BDU, AQUPDK və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib
            BDU, AQUPDK və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib
            BDU, AQUPDK və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib
            BDU, AQUPDK və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib
            BDU, AQUPDK və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib
            BDU, AQUPDK və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib
            BSU

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025