BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • BDU 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində təmsil olunur

            BDU 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində təmsil olunur

            History 30 September 2026 18:08

            BDU 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində təmsil olunur

            Bakı Dövlət Universiteti (BDU) 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində – “ADEX 2026”da özünün innovativ texnoloji layihələri ilə təmsil olunur. “ADEX 2026” kimi beynəlxalq səviyyəli platformada BDU tərəfindən hazırlanmış texnoloji həllərin nümayiş etdirilməsi Universitetin elmi və mühəndislik potensialının təqdim olunması, yeni tərəfdaşlıqların qurulması və perspektivli layihələrin inkişaf etdirilməsi baxımından mühüm imkan yaradır.

            Sərgidə BDU tərəfindən hazırlanmış avtonom rover, kvadrokopter və Tiqana FPV dronu nümayiş etdirilir. Təqdim olunan layihələr Universitetdə elmi-tədqiqat və mühəndislik fəaliyyəti, müasir robototexnika və pilotsuz sistemlər istiqamətində aparılan işlərin nəticəsidir.

            Təqdim olunan avtonom rover layihəsində step mühərrik əsaslı hərəkət sistemi tətbiq olunub. Mexaniki və elektron komponentlərin optimallaşdırılması nəticəsində sistem analoji həllərlə müqayisədə daha aşağı enerji sərfiyyatı ilə işləyir. Avtonom roverin müxtəlif logistika və texniki tapşırıqlarda, o cümlədən insan üçün riskli ola biləcək ərazilərdə yükdaşıma və məsafədən idarə olunan və ya avtonom fəaliyyət tələb edən əməliyyatlarda tətbiqi nəzərdə tutulur. Platformanın əvvəlcədən müəyyən edilmiş və ya dinamik formalaşdırılan marşrutlar üzrə hərəkət imkanları təkrarlanan logistika proseslərinin avtomatlaşdırılmasına və personalın riskli ərazilərə daxil olma ehtiyacının azaldılmasına şərait yaradır.

            Sərgidə nümayiş etdirilən digər layihə BDU tərəfindən hazırlanmış kvadrokopterin idarəetmə sistemidir. Layihə çərçivəsində kvadrokopterin hərəkətinin ümumi idarəetmə məsələsi şaquli, üfüqi və yan hərəkət kimi daha sadə alt məsələlərə bölünərək onların kompüter əsaslı həll alqoritmləri hazırlanıb. Bu yanaşma idarəetmə sisteminin daha kompakt və enerji baxımından səmərəli qurulmasına imkan verir. GPS siqnalının olmadığı şəraitdə isə kvadrokopterin hərəkətinin idarə olunması üçün inersial naviqasiya sistemi tətbiq edilir.

            Hazırlanmış yanaşmalar müxtəlif pilotsuz uçuş aparatlarının idarəetmə sistemlərində də tətbiq oluna bilər.

            BDU-nun sərgidə təqdim etdiyi texnoloji nümunələrdən biri də 7 düymlük konfiqurasiyada hazırlanmış FPV dronudur. Karbon-fiber gövdə strukturu və qatlanan qol mexanizmi dronun kompakt formada daşınmasına və yüksək manevr qabiliyyətinə imkan verir. Sistem radioelektron müdaxilələrə qarşı dayanıqlılığın artırılmasına yönəlmiş texniki həlləri ilə fərqlənir.

            Bu layihə çərçivəsində pilotsuz uçuş sistemlərinin konstruksiyası, idarə olunması və faydalı yükün daşınması üzrə mühəndislik həlləri təqdim olunur.

            BDU-nun sərgidə nümayiş etdirdiyi innovativ texnoloji layihələr ziyarətçilərin böyük marağına səbəb olub.

            BDU 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində təmsil olunur
            BDU 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində təmsil olunur
            History first degree

            Son XƏBƏRLƏR

            30.09.2026 | 20:33

            BDU-nun rektoru ADEX çərçivəsində akademik sessiyada çıxış edib

            30.09.2026 | 15:18

            BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

            30.09.2026 | 14:32

            Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək

            30.09.2026 | 12:15

            BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

            30.09.2026 | 10:00

            BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025