azercel
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə “Azercell Telekom” MMC-nin əməkdaşları tərəfindən “Tələbə təqaüd proqramı”nın təqdimatına həsr edilmiş infosessiya keçirilib.
BDU-nun Mexanika-riyaziyyat, Tətbiqi-riyaziyyat və kibernetika fakültələrinin tələbələrinin iştirak etdiyi infossesiya zamanı təqaüd proqramının şərtləri barədə məlumat verilib. Bildirilib ki, proqram üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artıqmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansı əldə edəcəklər.
Sonda tələbələrin sualları cavablandırılıb.