BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov BDU tələbələri ilə görüşüb

            “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov BDU tələbələri ilə görüşüb

            first degree 7 May 2025 18:39

            “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov BDU tələbələri ilə görüşüb

            “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb.

            BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Universitetin Fəaliyyət Planına uyğun olaraq tanınmış məzunlarla daim görüşlərin keçirildiyini və bunun tələbələrin inkişafında, karyera quruculuğunda mühüm rol oynadığını bildirib: “BDU fəaliyyət göstərdiyi 106 il ərzində zəngin tarixi yol keçib və xalqımızın maariflənməsinə, milli düşüncənin inkişafına, yüksəkixtisaslı kadrların yetişməsinə əvəzsiz töhfələr verib. Bu günə qədər BDU-nun 200 mindən çox məzunu olub. BDU-nun dünya şöhrətli məzunu Ümummilli Lider Heydər Əliyevdir. Hər bir universitetin ən böyük dəyəri onun məzunları, alimləri və tələbələridir. BDU öz məzunları ilə fəxr edir”.

            Əliş Ağamirzəyev qeyd edib ki, BDU-nun uğurlu məzunu olan Rövşən Məmmədov da aparıcılıqdan, müxbirlikdən Azərbaycanın dövlət televiziyasının rəhbəri vəzifəsinə qədər pillə-pillə yüksəlib, şərəfli yol keçib. Onun fəaliyyəti indiki tələbələr üçün nümunədir.

            Sonra söz Rövşən Məmmədova verilib. O, tələbələrə peşəkar jurnalist olmaq,  karyerada uğur qazanmaq üçün tələb olunan keyfiyyətlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, yaxşı jurnalist olmaq üçün daim öz üzərində işləmək, zəngin mütaliəyə sahib olmaq lazımdır: “İctimai fikri formalaşdıran jurnalistlərimiz dilimizi ən mükəmməl səviyyədə bilməlidir. Müasir dövr həm də əlavə xarici dil bilikəri tələb edir. Hazırda media məkanı qloballaşıb və yalnız millilik kifayət etmir. Beynəlmiləlləşmək və xarici aləmə inteqrasiya etmək lazımdır. Buna görə də gənc jurnalistlərimizin üzərinə böyük məsuliyyət düşür”.

            Görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

            “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov BDU tələbələri ilə görüşüb
            “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov BDU tələbələri ilə görüşüb
            “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov BDU tələbələri ilə görüşüb
            “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov BDU tələbələri ilə görüşüb
            “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov BDU tələbələri ilə görüşüb
            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025