BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü

            Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü

            first degree 15 June 2025 02:00

            Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü

            Azərbaycan xalqının, dövlətinin taleyində böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik 15 iyun – Milli Qurtuluş Günündən 32 il ötür.

            Bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur, onun taleyini tənəzzüldən tərəqqiyə və rifaha istiqamətləndirir. Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü xalqımızın və dövlətimizin tarixində məhz belə müstəsna əhəmiyyətə malikdir.

            1991-ci ildə xalqımız uzun illər arzusunda olduğu dövlət müstəqilliyini yenidən bərpa etsə də, təəssüf ki, qısa zaman kəsiyində müstəqilliyin itirilməsi sınağı ilə üz-üzə qaldı. Müstəqil Azərbaycan inkişaf və rifah əvəzinə günü-gündən tənəzzülə uğradı. Xalqımız vətəndaş qarşıdurmasına yuvarlandı. Ermənistanın Azərbaycana təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirdi. Belə bir dözülməz şəraitdə xalqımızı və ölkəmizi bu acınacaqlı vəziyyətdən yalnız fenomenal şəxsiyyət – Ulu Öndər Heydər Əliyev çıxara bilərdi. Qədirbilən xalqımız yad təsirlərin, siyasi oyunların yaratdığı ümidsizliyin girdabında boğulsa da, müdrik qərar verdi. Bu qərar dünyaya xilaskarlıq missiyası ilə gəlmiş Ümummilli Lider Heydər Əliyevin Naxçıvandan Bakıya – ölkənin siyasi mərkəzinə dəvət edilməsi idi.

            1993-cü ilin 9 iyununda xalqının səsinə, harayına səs verərək Bakıya dönən Ulu Öndər yeni və daha parlaq bir tarixin yaradıcısı oldu. Bu dönüş, qayıdış bütün mənalarda milli qurtuluşumuz, milli nicatımız idi. Bu mənada Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi 1993-cü il 15 iyun tarixinin xalqımız tərəfindən Milli Qurtuluş Günü adlandırılması qədirbilən xalqımızın müdrik rəhbərinə verdiyi tarixi qiymət, öz sabahını müəyyənləşdirmək baxımından verdiyi böyük tarixi qərardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan tarixinin dönüş nöqtəsi” adlandırdığı Milli Qurtuluş Günü bu gün əldə etdiyimiz bütün uğurların təməli, məhək daşı oldu.

            1997-ci ildən etibarən rəsmi olaraq dövlət bayramı kimi qeyd edilən bu tarix ilk növbədə XX əsrdə ikinci dəfə əldə etdiyimiz müstəqilliyimizin xilası kimi olduqca böyük əhəmiyyət daşıyır.
            Məhz bu parlaq tarixdən sonra Ulu Öndərin yorulmaz səyləri nəticəsində dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas olan ölkəmiz ardıcıl rifah və tərəqqi yoluna qədəm qoydu. Ulu Öndərin rəhbərliyi ilə qısa zaman ərzində aparılan siyasi-iqtisadi islahatlar, peşəkar ordu quruculuğu, bütün bunların fonunda yaranmış əmin-amanlıq, sabitlik, rifah xalqımızın sabaha olan ümidlərini artırdı. Xalqın inamından güc alan Ulu Öndər müstəqil Azərbaycan dövlətinin siyasi və hüquqi təsisatlarını, inkişaf strategiyasını müəyyənləşdirdi. Ümummilli Lider müqəddəs qurtuluş missiyasını xalqın hərtərəfli dəstəyi, sonsuz inamı və etibarı sayəsində uğurla gerçəkləşdirdi, xalqımızı, dövlətimizi ən böyük bəlalardan xilas etdi.

            Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu, həyata keçirmək istədiyi daha bir tarixi missiya 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində ölkəmizdə yaranmış özbaşınalıq şəraitində işğal olunmuş tarixi torpaqlarımızın azad edilməsi idi. 2003-cü ildə xalqın yüksək etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ulu Öndərimizin xilaskarlıq, qurtuluş, tərəqqi və rifah missiyasını uğurla davam etdirdi. Azərbaycanı günbəgün qüdrətləndirən Prezident İlham Əliyev 2020-ci ilin 27 sentyabrında başlayan və tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsi ilə layiqli davamçısı olduğu Ümummilli Liderin ən böyük arzusunu gerçəkləşdirdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda başlatdığı milli qurtuluş savaşı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi, Qarabağın işğaldan qurtulması ilə özünün zirvəsinə çatdı. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında heç bir gün çəkməyən antiterror əməliyyatları ilə 30 illik erməni işğalına son qoyuldu, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olundu.

            Hazırda azad Qarabağımız müstəqil dövlətimizin gücü və potensialı ilə yenidən cənnətə çevrilir, doğma Vətənimiz günbəgün inkişaf edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış uğurla reallaşır. Xalqımız əmindir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq. Çünki ölkəmizin İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən Prezidenti var. Tezliklə Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl guşələrindən birinə çevriləcək və bu, tariximizə daha bir uğur səhifəsi kimi yazılacaq.

            Xalqımız əmindir ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək!

            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025