BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • aZ

            aZ

            first degree 16 December 2024 14:55

            aZ

            Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə Xalq şairi, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

            Mərasimdə çıxış edən rektor Elçin Babayev Nəbi Xəzrinin XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olduğunu bildirib. Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının önəmini xatırladan rektor qeyd edib ki, görkəmli şairin lirikası yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində milyonlarla insanın məhəbbətini qazanıb. Rektor belə tədbirlərin tələbələrin bədii-estetik zövqünün formalaşmasında, mənəvi dünyalarının zənginləşməsində mühüm əhəmiyyətə malik olduğunu bildirib.

            BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov tədbir iştirakçılarına Nəbi Xəzrinin zəngin yaradıcılığı ilə bağlı məlumat verib. O, qeyd edib ki, Nəbi Xəzri ədəbiyyatda Səməd Vurğun ədəbi məktəbinin davamçılarından sayılır: “Nəbi Xəzrinin yaradıcılığında təbiət - dəniz, səma, hava, Günəş, külək, ləpələr, işıq insan hissləri ilə üzvi vəhdətdə verilir. O, bu anlayışlardan insanların, ümumilikdə cəmiyyətin obrazını yaratmaq üçün vasitə kimi istifadə edir. Nəbi Xəzri XX əsr poeziyamızın mükəmməl hadisələrindən biridir. Onun lirikası ideologiyadan uzaq, saf, təmiz, anlaşılan, rahat başa düşülən lirikadır. Şairin əsərlərinin bu qədər sevilməsinin, ürəklərə yol tapmasının səbəblərindən biri də budur”.

            Nizami Cəfərov Nəbi Xəzrinin həm də tanınmış ictimai xadim olduğunu, ömrünün son illərində dramaturgiyaya daha çox meyl etdiyini vurğulayıb.

            BDU-nun dosenti, şair-publisist Anar Məmmədov görkəmli şairin həm də ssenarist, nasir, publisist, dramaturq kimi qüdrətli olduğunu diqqətə çatdırıb, onunla bağlı xatirələrini  bölüşüb.

            Nəbi Xəzrinin qızı, BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının baş müəllimi Gülümsər Abbasova çıxışında tədbirin təşkilinə görə təşəkkür edib, şairin zəngin ədəbi irsinin bu gün də dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın inkişafına xidmət etdiyini diqqətə çatdırıb.

            Sonra BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin Nəbi Xəzrinin 100 illik yubileyi münasibətilə elan etdiyi esse müsabiqəsinin qalibləri açıqlanıb. Filologiya fakültəsinin IV kurs tələbəsi Səbinə İslamova müsabiqədə I, II kurs tələbəsi Hümbət Bədəlov II, Coğrafiya fakültəsinin II kurs tələbəsi Varis Əhmədli III yerə layiq görülüb.

            Sonda tələbələrin ifasında şairin sevilən şeirləri, sözlərinə yazılmış mahnılar ifa olunub.

            aZ
            aZ
            aZ
            aZ
            aZ
            aZ
            aZ
            aZ
            aZ
            aZ
            aZ
            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025