BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • 28 May - Müstəqillik Günü

            28 May - Müstəqillik Günü

            first degree 28 May 2025 00:18

            28 May - Müstəqillik Günü

            Müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. 28 may tarixi 1990-cı ildən ölkəmizdə Respublika Günü kimi qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” qanunu təsdiqləyib və mayın 28-i Müstəqillik Günü elan edilib.

            Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başladı. Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərsə də, bütün sahələrdə ciddi dönüş yaratmağa və böyük tədbirlər reallaşdırmağa müvəffəq oldu. Qısa vaxt ərzində AXC hökuməti cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən əsaslı, vacib qərarlar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərlik yaratdı. Cəmi 23 ay yaşamış Cümhuriyyət xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdi, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı.

            Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, 1918-ci il iyunun 27-də "Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında", avqustun 11-də isə "Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında" fərmanlar imzalandı. Dövlətin bayrağı, himni və gerbi təsis edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.

            AXC-nin 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində çox mühüm tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açıldı. 1919-cu il sentyabrın 1-də Parlament “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” Qanun qəbul etdi. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi.

            Xalq Cümhuriyyəti dövründə qısa zaman kəsiyində ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin edilməsi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələrin yaradılması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi, təhsilin milliləşdirilməsi kimi müstəsna əhəmiyyətli işlər həyata keçirilib. Mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq kimi sahələrdə həyata keçirdiyi işlər Azərbaycan tarixinin parlaq səhifəsidir.

            Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun milli atributlarını – bayrağını, gerbini, himnini qəbul etdi. Ümummilli Lider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini yüksək qiymətləndirib: “Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdı”.

            Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ildə Cümhuriyyətimizin 80 illik yubileyi keçirilib və Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə “İstiqlal bəyannaməsi” abidəsi ucaldılıb, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilib.

            2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalanıb və bu tarixi hadisə münasibətilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilib.

            Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi müvəffəqiyyətlə davam etdirilir, respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf edir.

            Müstəqil, qüdrətli, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın həyatında yeni səhifələr açılır. Bu səhifələri xalqımız Ulu Öndərimizin müəyyənləşdirdiyi konsepsiya, Müzəffər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yazır.

            28 May – Müstəqillik Gününüz mübarək, müstəqilliyimiz əbədi olsun!

            first degree

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025