BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydar Aliyev

    1919
    • UNIVERSITY
      • University History
      • Heydar Aliyev and BSU
      • President of Azerbaijan and BSU
      • Board of Trustees
      • Scientific Council
      • Scientific-Methodological Council
      • Accreditation
      • Quality assurance
      • Rankings
      • Leadership
      • Official documents
      • Honorary doctors
      • Alumni
      • Campus
      • Gazakh branch
      • Economics and Humanities College
      • Young Talents Lyceum
      • Guba Training-Internship and Recreation Center (Guba TIRC)
      • Altiaghaj Training and Recreation Center
      • Numbers and Facts
      • Virtual tour
      • Media-KİT
    • EDUCATION
      • Education in Azerbaijan
      • Legislation and Documents
      • Education at BSU
      • Centre for Organization and management of Education
      • Faculties
      • SABAH Center
      • Bachelor's Programs
      • Master's Programs
      • Doctoral Programs
    • SCIENCE AND INNOVATION
      • Science policy in Azerbaijan
      • Legislation and Documents
      • Scientific Research at BSU
      • Centre for the Organization of Scientific Activity and Innovations
      • Information Technology Center (ITC)
      • Research Instıtutes
      • Research Centers and Laboratories
      • Scientific library
      • Scientific Research Projects
      • Dissertation Councils
      • Young Scientists Council
      • Student Scientific-Technical Creativity Center
      • Student Scientific Society
      • Scientific Publications
      • Scientific Events
      • Intellectual Property
    • SOCIAL LIFE
      • Youth Policy in Azerbaijan
      • Legislation and documents
      • Social Projects at BSU
      • Department of Humanitarian Affairs and Youth Policy
      • Public relations and information department
      • Trade Union Committee
      • Heydar Aliyev Museum
      • Museums
      • Cultural and Creativity Center
      • Sports and Health Center
      • Psychological Assistance Sector
      • "Baku University" Newspaper
      • BSU TV
      • BSU Publishing House
      • "BSU Volunteers" Organization
      • Student Youth Organization
      • Student Trade Union Committee
      • Public Councils
      • Student Campus
      • Student Polyclinic
    • COLLABORATION
      • International Relations Department
      • International Students Office
      • International Students
      • Domestic Cooperation
      • Membership in International Organizations
      • International Grant Projects
      • International Events
      • International Dual Degree Programs
      • Exchange Programs
      • International Departments, Institutes, and Centers
    • AZ EN
    • Appeal to the Rector
    • For applicants
    • For students
    • For employees
    • For graduates
    • Contact
    BDU
            • Home page
            • 27 Mart - Azərbaycanda “Elm günü”dür

            27 Mart - Azərbaycanda “Elm günü”dür

            BSU 27 March 2026 00:00

            27 Mart - Azərbaycanda “Elm günü”dür

            2018-ci il 9 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Hər il bu əlamətdar tarix ilə əlaqədar ölkəmizin ali təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında müasir elmin aktual problemlərinə həsr olunmuş silsilə tədbirlər - elmi konfranslar, seminarlar, simpoziumlar, mühazirələr, dəyirmi masalar keçirilir. Elmi fəaliyyət üzrə müsabiqələr təşkil olunur. Bu ənənə ölkə alimlərini bir araya gətirməklə əldə olunan elmi nəticələrin müzakirəsinə, fundamental və tətbiqi xarakterli birgə tədqiqatların aparılmasına, əldə edilmiş elmi nailiyyətlərin tanıdılmasına imkan yaradır.

            Azərbaycanda elm və təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi-texniki potensialın inkişafı, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin davamlı inkişafı, iqtisadi, siyasi və hərbi qüdrəti təhsilin keyfiyyəti və səviyyəsi, həmçinin ölkənin elmi potensialı və bu sahələrdəki uğurları ilə bilavasitə bağlıdır.

            Öz müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkəmizin davamlı inkişaf strategiyası, müasir dünyada baş verən qlobal siyasi, iqtisadi, sosial və ekoloji problemlər Azərbaycanın elmi əsaslar üzərində inkişafını zərurətə çevirib. Müstəqilliyimizin bərpasından keçən müddət ərzində dövlətin diqqət və qayğısı sayəsində ölkəmizdə elm və təhsil sahələri sürətlə inkişaf edib, bu istiqamətdə nailiyyətlər qazanılıb. Elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir. Elm və təhsilin inkişafı, elmi və elmi-pedaqoji kadr hazırlığı bütövlükdə ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib. Son illərdə ölkəmizdə milli maraqlara və bəşəri dəyərlərə əsaslanan müasir elm və təhsil sistemi formalaşıb. Ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər icra olunur.

            Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən qayğı birbaşa olaraq dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsinə, xalqımızın tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən məqsədyönlü siyasətin tərkib hissəsidir. Elm, təhsil və sənayenin məharətlə əlaqələndirilməsi, müasir texnologiyalar və innovasiyaların tətbiqi yolu ilə inkişaf etdirilməsi hazırda ən aktual və prioritet məsələdir. Bu gün Azərbaycanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm və davamlı işlər görülür.

            Ötən ilin noyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında hər bir ölkənin inkişafının təbii resurslarla yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji və elmi inkişafı ilə müəyyən olunduğunu deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə elmin inkişafına dair yeni məqsədləri qarşıya qoymuşdur: “Yəni, təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır”.

            Daim elmin mərkəzində olan Bakı Dövlət Universiteti də öz strategiyasında təhsil və elmi tədqiqatların sıx inteqrasiyasını, o cümlədən tələbələrin tədris praktikasının birbaşa olaraq tədqiqatla əlaqələndirilməsini əsas götürərək hər il “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlayaraq icra edir. Artıq altı ildir ki, 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan olunur. “İlin alimi” müsabiqəsinin məqsədi BDU-nun il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş əməkdaşlarının mükafatlandırılmasıdır. “Elm günü” ilə əlaqədar BDU-nun bütün fakültələrində silsilə elmi seminarlar, elmi və elmi publisistik mühazirələr, ustad dərsləri təşkil olunur.

            BSU

            Son XƏBƏRLƏR

            10.04.2026 | 18:41

            BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

            10.04.2026 | 18:24

            BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur

            10.04.2026 | 18:20

            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub

            10.04.2026 | 15:43

            Bakı məktəbliləri üçün BDU-da infosessiya

            10.04.2026 | 15:27

            BDU-da QS tərəfindən təşkil olunan “Reimagine Education” müsabiqəsi ilə bağlı təlim

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025