BDU tələbələrinin nəzərinə: Onlayn GNSS təlimi
History
30 September 2025 11:58

Bakı Dövlət Universiteti (BDU) Tokio Universitetinin Məkan Məlumatları Elmi Mərkəzi (CSIS) ilə birgə onlayn GNSS təlimi elan edir. Təlimlər 7, 8 və 11 oktyabr 2025-ci il tarixlərində keçiriləcək.
Proqram çərçivəsində tələbələr Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə nəzəri və praktiki biliklər əldə edəcəklər:
- GNSS peyk sistemlərinə və siqnallarına giriş
- Mövqeyin dəqiqliyi, GNSS səhvləri və ölçmə üsulları
- GNSS tətbiqləri (məsələn, nəqliyyatda tıxacların monitorinqi)
- RTKLIB proqramının istifadəsi və praktiki məşğələlər
- Qəbuledici qurğuların sazlanması və real məlumatların emalı
- Dəqiqlik analizi, yekun müzakirə və Q&A sessiyası
İştirak üçün meyarlar:
- BDU-nun bütün təhsil pillələrində təhsilalanlar üçün açıqdır
- Coğrafiya, Geodeziya, Geofizika, Yer elmləri, Mühəndislik, Fizika, Riyaziyyat və tətbiqi riyaziyyat, informatika, data elmləri və əlaqəli ixtisas və ixtisaslaşmalarda təhsilalanlar üstünlük təşkil edəcək
- Yüksək akademik göstəricilər
- GNSS, peyk texnologiyaları və məkan tətbiqlərinə maraq
- Təlimlərin bütün sessiyalarında aktiv iştirak etmək və ingilis dilində dərsləri izləmək bacarığı
Təlim haqqında məlumat:
Tarixlər: 7, 8 və 11 oktyabr 2025-ci il
Format: Onlayn (“Zoom” platforması vasitəsilə)
Təşkilatçılar: Bakı Dövlət Universiteti, Tokio Universiteti (CSIS)
Maraqlanan tələbələr iştirak üçün 3 oktyabr tarixinədək təhsil aldıqları fakültələrin dekanlığına yaxınlaşa bilərlər.
Son XƏBƏRLƏR
10.03.2026 | 14:49
“BDU könüllüləri” təşkilatına qəbul elan edilir
10.03.2026 | 11:08
BDU-nun tələbə və məzunlarının nəzərinə!
23.02.2026 | 11:36
BDU tələbələrinin nəzərinə!
20.02.2026 | 13:49
Bakı Dövlət Universiteti kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir
12.02.2026 | 16:33