BDU-nun tələbə və məzunlarının nəzərinə!

Əziz tələbələr və məzunlar!
2026-cı il 12 mart tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti BDU-nun tələbə və məzunlarına Xidmətdə karyera imkanları barədə məlumat vermək üçün sizinlə görüşə gəlir.
Tədbirdə Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət istiqamətləri və karyera imkanları, eləcə də həyata keçirilən təcrübə proqramı haqqında ətraflı məlumat veriləcəkdir.
Xidmətin təcrübə proqramı sizə nələr qazandıracaq?
- Xidmətdə real iş mühiti ilə tanış olmaq
- Təcrübə proqramında iştirak etmək barədə sertifikat
- Təcrübə proqramında xüsusi fəallığı ilə seçilənlərin işə qəbulu
Tədbirdə iştirak etmək üçün aşağıda qeyd olunmuş sorğuda iştirakınız vacibdir:
Sorğu linki: https://forms.gle/Fo9zz1eLHoD7p6QT6
Son müraciət tarixi: 11 mart, 16:00