Şöbənin vəzifələri:
- BDU-nun innovativ potensialından səmərəli istifadə sistemini işləmək;
- BDU-nun innovasiya siyasətini hazırlanmaq və həyata keçirmək;
- İnnovativ və kommersiya üçün perspektivli elmi tətqiqatların məlumat bazasını yaratmaq;
- Tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmalarına, tələbələrin inkişaf dinamikasına nəzarət;
- BDU-nun əməkdaş və tələbələrinin elmi-tədqiqat sahəsində əldə etdiyi nəticələrin elmi sferada və iqtisadiyyatın real sektorunda tanıdılmasını təmin etmək;
- BDU rəhbərliyinə, professor-müəllim heyətinə və universitetin aparıcı tədqiqatçılarına elmi və innovativ fəaliyyət sahəsində təhsil, elmi-innovasiya kompleksi kimi BDU-nun vahid siyasətinin işlənib hazırlanması və həyata keçirilməsində qərarların qəbul edilməsi üçün zəruri olan məlumatları vermək;
- BDU-da kommersiya yönümlü ideyaların və nəticələrin məqsədyönlü axtarmaq və seçmək;
- BDU-nun əməkdaş və tələbələrinin intellektual fəaliyyətinin nəticələrinin komesiyalaşdırıla bilmək potensialını ekspertiza etmək;
- BDU-nun əməkdaş və tələbələrinin intellektual fəaliyyəti əsasında innovativ layihələri formalaşdırmaq və reallaşdırmaq.
Şöbənin funksiyaları:
- Tədqiqat qruplarının innovativ layihələrlə bağlı müsabiqələrdə ideyaların həyata keçirilməsi üçün investisiyaların cəlb edilməsi məqsədilə iştirakını təşkil etmək;
- İnnovativ sahibkarlıq üçün kadrların bacarıqlarının təkmilləşdirməsi üzrə işləri koordinasiya etmək;
- BDU-nun tələbə, doktorant və gənc alimlərinin innovativ və sahibkarlıq fəaliyyətlərinə cəlb edilməsi üzrə işləri koordinasiya etmək;
- Layihələrin qeydiyyatı zamanı məsləhət və dəstək vermək;
- İnvestisiyaların cəlb olunması üzrə seminar və tədbirlər təşkil etmək;
- Maliyyələşdirmə üçün təqdimat və layihə materiallarının hazırlanmasında məsləhət və dəstək vermək;
- İnvestor tapmaqda və seçməkdə köməklik göstərmək;
- BDU-nun regional və beynəlxalq sərgilərdə, yarmarkalarda və digər tədbirlərdə iştirakının təmin etmək;
- Texnoparkların və biznes inkubatorlarının təşkili və həyata keçirilməsində kömək etmək (texnologiyanın kommersiyaizasiyası);
- Elmi-texniki sahədə Kiçik Sahibkarlığın İnkişafına Yardım Fondunun proqramlarında iştirak məsələlərinə dair məsləhət və dəstək vermək.