BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib

            BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib

            SOSİAL 4 Noyabr 2026 11:02

            BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) “YENİ Klub”unun Şərqşünaslıq fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib.

            Şərqşünaslıq fakültəsinin dekan müavini Əli Babayev belə layihələrin gənclərin tarixi biliklərinin artırılmasında və vətənpərvərlik ruhunun gücləndirilməsində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, 8 Noyabr – Zəfər Günü xalqımız üçün sonsuz qürur və fəxr günüdür. Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbə Azərbaycanın müstəqil dövlətçilik yoluna, milli həmrəyliyinə və gələcək uğurlarına olan inamı daha da möhkəmləndirir. Zəfər Gününün daşıdığı mühüm məna və çağırışlardan biri də əldə edilmiş tarixi nailiyyətlərin qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə çatdırılmasıdır.

            Görüşün qonağı – BDU-nun Keyfiyyət Təminatı Mərkəzinin Monitorinq, təhlil və akkreditasiya şöbəsinin böyük mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Anar Həmidov Vətən müharibəsinin tarixi əhəmiyyəti, əsas hadisələrin xronologiyası, Azərbaycanın qazandığı möhtəşəm Zəfər və regionda yaratdığı yeni reallıqlar barədə geniş məruzə edib. O diqqətə çatdırıb ki, Zəfər Günü Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, Cənubi Qafqazın geosiyasi reallıqlarını köklü şəkildə dəyişən əlamətdar hadisədir. Tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə şərait yaradıb, xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin və müstəqilliyimizin təntənəsinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uzun illər ərzində qarşıya qoyduğu mühüm strateji hədəfə çatıb. Bu tarixi nailiyyət güclü ordunun, məqsədyönlü dövlət siyasətinin və xalqımızın vahid məqsəd ətrafında sıx birləşməsinin məntiqi nəticəsi idi.

            Sonda mövzu ilə bağlı müzakirə aparılıb və tələbələrin sualları cavablandırılıb.

            BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
            BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.11.2026 | 14:50

            BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi

            03.11.2026 | 17:40

            BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 35 illik yubileyi silsilə tədbirlərlə qeyd olunacaq

            03.11.2026 | 16:19

            BDU-nun məsləhətçi professoru, Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

            03.11.2026 | 13:07

            BDU-da yanğın təhlükəsizliyi ilə bağlı əməkdaşlara praktiki təlimat verilib

            03.11.2026 | 12:51

            BDU-da Qarabağ Zəfərinin informasiya müstəvisində rolu tədqiq olunur

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025