BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Xəyallarının ardınca BDU-ya...- Prezident təqaüdçüsü olan rəfiqələrin uğur hekayəsi

            Xəyallarının ardınca BDU-ya...- Prezident təqaüdçüsü olan rəfiqələrin uğur hekayəsi

            SOSİAL 26 Oktyabr 2026 12:48

            Xəyallarının ardınca BDU-ya...- Prezident təqaüdçüsü olan rəfiqələrin uğur hekayəsi

            Bakı Dövlət Universitetinin (BDU) bu il Prezident təqaüdünə layiq görülən 15 tələbəsi arasında Filologiya fakültəsinin I kurs tələbələri Aydan Rəcəbova və Firanə Şahverdiyeva da var. Onlar ortaq uğur hekayələri ilə seçilirlər. Dörd yaşından başlayan dostluq, eyni parta arxasında keçən məktəb illəri, üçqat olimpiada qalibiyyəti, BDU-da kəsişən tələbəlik yolları və Prezident təqaüdünün birgə sevinci... Birlikdə qurduqları xəyalları reallığa çevirən və bu gün ölkənin ən ali tələbə təqaüdünü qazanan iki gəncin müsahibəsini təqdim edirik:

            – Uşaqlıq, məktəb, hazırlıq dövrü və nəhayət, tələbəlik... Bu qırılmaz bağ necə yarandı?

            Aydan: Bizim dostluğumuz 4 yaşımızdan başlayır. Hətta o günün tarixi də dəqiq yadımızdadır – 12 oktyabr idi, atalarımız vasitəsilə tanış olduq. Firanə o gün mənə nar gətirmişdi. Ondan sonra, sözün əsl mənasında, bir yerdə böyüdük; sinif yoldaşı, hazırlıq yoldaşı olduq. BDU-da oxumağı isə həmin dövrlərdən bərabər arzulamışıq. İndi də həm tələbə yoldaşıyıq, həm də Prezident təqaüdçüsü.

            Firanə: Həvəsdən düşəndə həmişə bir-birimizi motivasiya edirdik. Qarşımıza ən yüksək nəticə göstərməyi hədəf qoymuşduq və inanırdıq ki, bunun öhdəsindən birlikdə gələcəyik. Beləcə, bir-birimizə suallar verib, dərslərimizi bərabər öyrənirdik. Hər ikimiz Respublika fənn olimpiadalarının üçqat qalibi olduğumuz üçün universitetə müsabiqədənkənar qəbul olmaq şansımız var idi. Amma qarşımıza məqsəd qoyduq ki, blok imtahanlarında mütləq iştirak edib "Prezident təqaüdçüsü" adını birlikdə alacağıq.

            – Bəs bu ada layiq görüldüyünüzü öyrəndiyiniz an hansı hissləri keçirdiniz?

            Firanə:  Xəbəri mənə zəng edib dedilər və elə telefondaca sevincimdən ağlamağa başladım. Qəbul cavablarımız çıxanda çox təəccüblənmədik, çünki aşağı-yuxarı qəbul olduğumuzu onsuz da bilirdik. Amma müəllimlərimiz təqaüdə düşmək üçün balımızın riskli olduğunu deyirdilər. Buna görə də Prezident təqaüdünə layiq görüldüyümüzü biləndə hisslərimiz tam fərqli oldu.

            Aydan:  Xəbəri öyrənəndə evdə deyildim. O an necə sevindiyimi, nələr hiss etdiyimi sözlə ifadə etmək çox çətindir. Bütün o yuxusuz gecələrin, olimpiada həyəcanlarının və fasiləsiz dərslərin bəhrəsini gördük. Ən əsası da, uşaqlıqdan bəri eyni xəyalı paylaşdığım insanla – Firanə ilə eyni siyahıda adımı görmək sevincimi ikiqat artırdı. Biz bu çətin yola birlikdə çıxmışdıq, nəticəni də birlikdə qeyd etmək ən gözəl mükafat oldu.

            – İxtisas seçiminə gələk. Niyə məhz “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”?

            Aydan:  Bu, mənim uşaqlıq arzum olub. Həmişə nəsə öyrənməyə və bildiklərimi başqaları ilə bölüşməyə böyük həvəs göstərmişəm. Uşaq vaxtı aramızda həmişə "müəllim-müəllim" oynayardıq. Əlimizdə təbaşir, marker, sanki əsl müəllim idik. Əsas istiqamət isə fənn olimpiadalarından sonra qətiləşdi. Mən də həmişə öz-özümə deyirdim ki, artıq düşünməyə ehtiyac yoxdur, sənin yolun çoxdan bu sahədə açılıb. Məhz bu ixtisası seçməyimizin əsas səbəbi isə ana dilimizin lüğət tərkibi, qrammatikası və tədris metodikası ilə bağlı məqamları dərindən öyrənmək, dilimizi daha da inkişaf etdirmək istəyimizdir. Hətta artıq o məqama gəlib çatmışıq ki, adi oxucu kimi bədii ədəbiyyat oxuya bilmirik. Hər şeyə tədqiqatçı kimi yanaşır, bilmədiyimiz söz olanda dərhal araşdırıb qeydlər aparırıq. Artıq sadəcə zövq üçün yox, həm də öyrənmək və öyrətmək üçün oxuyuruq.

            Firanə: Mənim bu ixtisasa marağımın yaranması idealım olan anamla bağlıdır, o da Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Mən daim əlində kitab olan və çox mükəmməl hesab etdiyim bir qadınla birgə böyümüşəm. İndi onunla eyni adı, eyni peşəni daşıyacağım üçün çox qürurluyam. İxtisas seçimi ilə bağlı ailəmiz tərəfindən bizə heç bir təzyiq göstərilməyib. Elə bu sərbəstliyə görə istədiyimiz sahəni cəsarətlə seçə bildik. Ətrafdan, cəmiyyətdən "başqa ixtisas seçin" deyə çox təkid edənlər olurdu. Lakin buna görə arzumuzdan əl çəkmək istəmədik. Əsas məsələ insanın özünü harada, necə görməsidir. Mən özümü ancaq müəllim kimi görürdüm. Başqa ixtisas seçmək içimizdə bu peşənin sevgisini öldürmək demək olardı.

            – Niyə məhz BDU-nu seçdiniz?

            Firanə:  Abituriyent vaxtı otağımın hər yanı BDU-nun şəkilləri ilə dolu idi. Mənim üçün ən böyük motivasiya qaynağı otağıma asdığım BDU logoları, şəkilləri və burada oxumaq arzusu idi. Universitetin sosial media səhifələrini izləyir, daim burada tələbə olmağın xəyalını qururdum. BDU-da tələbə həyatı yaşamaq mənim üçün tamam başqa bir arzu idi.

            Aydan: BDU-nu seçməyə IX sinifdən sonra qərar vermişdim. Dəqiq qərarım isə Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimindən sonra formalaşdı. Xatırlayıram ki, sonuncu mərasim elə BDU-da keçirilmişdi. Universitetlə, korpuslarla ilk dəfə o gün yaxından tanış oldum. Onda anladıq ki, bu universiteti istəməyimiz heç də təsadüfi deyil. İxtisas seçimi zamanı heç bir dilemma qarşısında qalmadıq, qərarımızdan bir an belə şübhələnmədik. Beləcə ölkənin flaqman universitetinin ən qədim fakültəsində təhsil almaq şansı əldə etdik.

            – İlk təqaüdünüzü necə xərcləyəcəksiniz?

            Firanə: İlk təqaüdümlə qrup yoldaşlarıma çay qonaqlığı verəcəyəm.

            Aydan: Hələ ki, təqaüdümü necə xərcləyəcəyim barədə düşünməmişəm.

            – Bu gün sizin keçdiyiniz o çətin və maraqlı yollardan digər şagirdlər də keçir. Onlara nə demək istərdiniz?

            İkisi də birgə: Xəyallarının arxasınca getsinlər...

            Hazırladı: Nuran Yaqub

             

            Xəyallarının ardınca BDU-ya...- Prezident təqaüdçüsü olan rəfiqələrin uğur hekayəsi
            SOSİAL

            Son XƏBƏRLƏR

            26.10.2026 | 13:42

            BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

            26.10.2026 | 13:32

            BDU tələbələri gender bərabərliyi ilə bağlı maarifləndirilib

            26.10.2026 | 10:58

            BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

            26.10.2026 | 09:42

            BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

            25.10.2026 | 18:00

            BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025