BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Himayəçilər Şurasının iclasında yeni hədəflər müzakirə olunub

            Himayəçilər Şurasının iclasında yeni hədəflər müzakirə olunub

            28 Yanvar 2021 12:00

            Himayəçilər Şurasının iclasında yeni hədəflər müzakirə olunub

            BDU-nun Himayəçilər Şurasının iclasında yeni hədəflər müzakirə olunub

             
            01/02/2021

            2021-ci il 29 yanvar tarixində Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının iclası keçirilib. Himayəçilər Şurasının sədri, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin sədrliyi ilə keçən iclasda şuranın üzvləri - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, xalq yazıçısı Elçin Əfəndiyev, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirak edib.

            İclasda BDU-nun rektoru Elçin Babayev məruzə ilə çıxış edərək 2020-ci ildə BDU-nun fəaliyyəti, BDU-da təhsil, elm, innovasiyalar, sosial layihələr, beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlər haqqında məlumat verib. Rektor BDU-da COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 2020-ci ildə tədris prosesinin təşkili, beynəlxalq ikili diplom proqramlarının fəaliyyətə başlaması, xarici mütəxəssislərin BDU-da tədris prosesinə cəlb olunması, yeni akademik mühitin yaradılması, elmi fəaliyyətin təkmilləşdirilməsi, əməkdaş və tələbələrin sosial rifahının qorunması istiqamətində görülmüş işlər haqqında məruzə edib.

            Rektor BDU-da tələbə, magistrant və doktorantların bilik və bacarıqlarının artırılması üçün yaradılmış mühitin getdikcə təkmilləşdirilməsi, yeni təlim texnologiyalarının tədris prosesinə tətbiqi istiqamətində, eləcə də, kollektivin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görüldüyünü qeyd edərək, bunu ölkəmizdə aparılan sosial siyasətin, son illər elm və təhsil sahəsində həyata keçirilən çoxşaxəli siyasətin məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb.

            İclasda pandemiya dövründə BDU-nun əməkdaş və tələbələrinin sağlamlığının qorunması istiqamətində uğurlu təcrübəsi, Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim və tələbə heyətinin informasiya cəbhəsində fəal mübarizə aparması, müxtəlif miqyaslı sosial layihələrdə BDU kollektivinin fəal iştirakı və s. haqqında geniş məlumat verilib.

            Universitetin 5.0. inkişaf strategiyası, əsas hədəfləri, tədqiqat universiteti statusu almaq istiqamətində atılan addımlar,  2021-ci ildə perspektivdə duran məsələlər də iclasda müzakirə olunub. Himayəçilər Şurasının üzvləri BDU-nun gələcək fəaliyyətinə dair öz mülahizələrini bildirərək təkliflərlə çıxış ediblər.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025