BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Çinin Pekin Kimya Texnologiyası Universitetində təhsil alan tələbələr: “BDU-nun sayəsində beynəlxalq təhsil imkanından yararlanmışıq”

            Çinin Pekin Kimya Texnologiyası Universitetində təhsil alan tələbələr: “BDU-nun sayəsində beynəlxalq təhsil imkanından yararlanmışıq”

            ELM 3 Noyabr 2026 10:01

            Çinin Pekin Kimya Texnologiyası Universitetində təhsil alan tələbələr: “BDU-nun sayəsində beynəlxalq təhsil imkanından yararlanmışıq”

            Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin dörd tələbəsi ikili diplom proqramı çərçivəsində Pekin Kimya Texnologiyaları Universitetində (PKTU) təhsil həyatlarına uğurla davam edirlər.  

            BDU və PKTU arasında “Kimya” ixtisası üzrə ikili diplom proqramına dair müqavilə bu il aprelin 21-də imzalanıb. Sentyabrın 1-də isə Kimya fakültəsinin “Kimya” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələri Nazlı Məmmədova, Orxan Qasımzadə, Züleyxa Abbasova və Aysel Həmidova ikili diplom proqramı çərçivəsində təhsillərini davam etdirmək üçün PKTU-ya yola salınıblar.

            Tələbələr proqrama qəbul prosesinin çoxmərhələli seçim əsasında həyata keçirildiyini, nəticədə namizədlər arasından yalnız dörd tələbənin seçilərək proqramda iştirak hüququ qazandığını bildiriblər: “Bu proqram akademik biliklərimizin dərinləşdirilməsi, beynəlxalq təcrübəmizin genişləndirilməsi və iki ölkənin ali təhsil sistemlərinin müqayisəli şəkildə öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Proqramın uğurla həyata keçirilməsində BDU-nun göstərdiyi təşkilati və maliyyə dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Universitetin dəstəyi sayəsində beynəlxalq təhsil imkanından yararlanıb, yeni akademik mühitdə bilik və təcrübəmizi artırmaq şansı əldə etmişik.

            Ümumilikdə bu ikili diplom proqramı bizə yalnız iki nüfuzlu universitetin diplomunu qazandırmayacaq. Bu, bizim üçün elmi dünyagörüşümüzün genişlənməsi, laboratoriya və tədqiqat bacarıqlarımızın inkişafı, beynəlxalq akademik əməkdaşlıq təcrübəsi qazanmağımız və gələcək elmi fəaliyyətimiz üçün mühüm zəmin formalaşdıran dəyərli təhsil təcrübəsidir”.

            Tələbələr qeyd ediblər ki, PKTU-da müasir elmi-tədqiqat mühiti, laboratoriyaların müasir analitik cihazlar, tədqiqat üçün zəruri texniki imkanlarla təmin edilməsi nəzəri biliklərinin praktiki tətbiqinə geniş şərait yaradır: “PKTU-da tətbiq olunan tədris metodları, praktiki məşğələlərə və elmi-tədqiqat fəaliyyətinə verilən önəm, tələbələrin müstəqil araşdırma aparmaq imkanları akademik inkişafımıza müsbət təsir göstərir. Azərbaycan və Çin təhsil sistemləri arasındakı fərqli yanaşmalarla tanış olmaq bizə təhsilə daha geniş perspektivdən yanaşmaq və beynəlxalq akademik mühitə uyğunlaşmaq imkanı yaradır”.

             

            Çinin Pekin Kimya Texnologiyası Universitetində təhsil alan tələbələr: “BDU-nun sayəsində beynəlxalq təhsil imkanından yararlanmışıq”
            ELM BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            03.11.2026 | 17:40

            BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 35 illik yubileyi silsilə tədbirlərlə qeyd olunacaq

            03.11.2026 | 16:19

            BDU-nun məsləhətçi professoru, Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

            03.11.2026 | 13:07

            BDU-da yanğın təhlükəsizliyi ilə bağlı əməkdaşlara praktiki təlimat verilib

            03.11.2026 | 12:51

            BDU-da Qarabağ Zəfərinin informasiya müstəvisində rolu tədqiq olunur

            03.11.2026 | 09:59

            BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025