BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib

            BDU və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib

            SOSİAL 7 May 2024 18:38

            BDU və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

            BDU-nun rektoru Elçin Babayev bildirib ki, xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır: “Ulu Öndər həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı üçün misilsiz xidmətlər göstərib. Bütün sahələr kimi, elmin və təhsilin inkişafına xüsusi diqqət yetirən, gələcəkdə müstəqil Azərbaycana bacarıqlı, peşəkar kadrların lazım olacağını prioritet hesab edən Ulu Öndərin bu ölçüyəgəlməz fəaliyyəti sayəsində hələ sovet dövründə respublikada yüzlərlə yeni məktəb istifadəyə verilib, ali təhsil müəssisələrinin sayı və onların qəbul planları artırılıb. 1993-cü ildə ölkəmizdə yaranan siyasi gərginlik, özbaşınalıq özünün pik həddinə çatmışdı. Bu ağır vəziyyətdən isə Azərbaycanı yalnız böyük siyasi xadim Heydər Əliyev xilas edə bilərdi. 1993-cü ildə xalqın çağırışına səs verən Ulu Öndərin yenidən hakimiyyətə qayıtdığı 15 iyun günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi oldu. 30 ildə ölkəmizdə baş vermiş hadisələrin təhlili onu deməyə əsas verir ki, Azərbaycanın bütün nailiyyətlərinin, eyni zamanda 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizin təməlində əsası 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz xalq-iqtidar birliyi dayanır”.

            Rektor Ulu Öndərin “Azərbaycan xalqının milli sərvəti, milli iftixarı” adlandırdığı BDU-nun dünya şöhrətli məzunu olduğunu, qürurla “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığını diqqətə çatdırıb, onun Universitetə hər zaman qayğı ilə yanaşdığını qeyd edib.

            Tədbirin Sosial Xidmətlər Agentliyi ilə BDU arasında imzalanmış memoranduma uyğun olaraq keçirildiyini deyən rektor Universitetin Sosial iş ilə yanaşı, Təhsildə sosial-psixoloji xidmət, Korreksiyaedici pedaqogika, Psixologiya və digər müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığına xüsusi önəm verdiyini, birgə əməkdaşlığın tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərin aşılanmasına da böyük töhfə verəcəyini bildirib. Birgə tədbirlər planına uyğun olaraq, növbəti bir il ərzində inklüziv tədbirlər, mentorluq proqramı, Agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinə tələbələr üçün infoturlar təşkil olunacaq, ustad dərsləri və digər mühüm layihələr icra olunacaq.

            ƏƏSMN-in tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri barədə danışıb. Qeyd edib ki, Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanda sosial müdafiə siyasətinin də formalaşması və həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. 1998-ci ildə Ulu Öndərin Ahıllar evinə səfəri və Əlilliyi olan Şəxslərin I Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin yekun konsertində iştirakı xüsusi diqqətə ehtiyacı olan şəxslərə göstərilən diqqəti özündə ehtiva edir. Bu gün isə Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, əhalinin rifahının, sosial müdafiəsinin gücləndirilməsi dayanır.

            Sonra Ulu Öndər Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb, Azərbaycan xalqı və dövləti üçün gördüyü çoxşaxəli fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki misilsiz xidmətlərindən bəhs ediblər.

            Tədbir BDU tələbələrinin ifasında bədii hissə ilə davam edib.

            BDU və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib
            BDU və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib
            BDU və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib
            BDU və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib
            BDU və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib
            BDU və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib
            BDU və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib
            BDU və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib
            BDU və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025