BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU və MDU könüllüləri Beynəlxalq Könüllülər Gününü birlikdə qeyd ediblər

            BDU və MDU könüllüləri Beynəlxalq Könüllülər Gününü birlikdə qeyd ediblər

            6 Dekabr 2021 15:22

            BDU və MDU könüllüləri Beynəlxalq Könüllülər Gününü birlikdə qeyd ediblər

            Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universitetinin (MDU) könüllülərinin birgə təşkilatçılığı ilə 5 dekabr - Beynəlxalq Könüllülər Gününə həsr olunan “Könüllülük uğurlu karyeranın başlanğıcıdır” mövzusunda təqdimat keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən təqdimatda hər iki universitetin könüllüləri, tələbə və gənc əməkdaşları iştirak ediblər.

            Təqdimata modertorluq edən “BDU Könüllüləri”nin koordinatoru Nərmin Heydərova Beynəlxlalq Könüllülər Günü münasibətilə iştirakçıları təbrik edib və birgə tədbirin gənclər arasında könüllülük fəaliyyətinin təbliğinə töhfə olacağını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən ilin “Könüllülər ili” elan edildiyini vurğulayan moderator ölkəmizdə könüllülük fəaliyyətinə yüksək dəyər verildiyini diqqətə çatdırıb.

            Sonra, BDU könüllülərinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

            MDU-nun könüllü tələbələrindən Nərmin Qədimli “Könüllülük nədir?”, Cavid Xancalı “MDU-da könüllü gənclərin fəaliyyət istiqamətləri”, Müşviq Azayev “Könüllülük tarixi bir ənənə, müasir dövrün çağırışıdır”, Mingəçevir regional "ASAN xidmət” mərkəzinin əməkdaşı, MDU-nun gənc müəllimi Əli Qurbanov “Mingəçevirdə könüllülük fəaliyyətinin təşkili”, BDU-nun könüllü tələbəsi Aysun Məmmədova “BDU-da könüllülük fəaliyyəti” mövzularında təqdimatla çıxış ediblər.

            Təqdimatlarda könüllülüyün mahiyyətindən və əhəmiyyətindən, gənclərin hərtərəfli inkişafı və uğurlu karyera qurması baxımından perspektivlərindən, COVID-19 pandemiyası, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrlərdə könüllülərin fəaliyyətlərindən bəhs edilib, könüllülük işinin effektiv təşkili ilə bağlı hər iki universitetin təcrübəsi diqqətə çatdırılıb.

            BDU və MDU arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə fəaliyyətin könüllülük istiqamətini də əhatə etməsindən məmnunluğunu ifadə edən tələbə gənclər göstərilən diqqətə və dəstəyə görə hər iki universitetin rəhbərliyinə təşəkkür ediblər.

            Gənclərin dövlətə, xalqa və cəmiyyətə faydalı vətəndaş kimi yetişdirilməsini, onların hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan hər iki ali təhsil müəssisəsində tələbələrin çoxşaxəli könüllülük fəaliyyətinə cəlb olunmasına və bununla bağlı bütün zəruri dəstək tədbirlərinin həyata keçirilməsinə xüsusi önəm verilir.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025