BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU tələbəsi ikili diplom proqramı haqqında danışır

            BDU tələbəsi ikili diplom proqramı haqqında danışır

            15 Noyabr 2021 13:54

            BDU tələbəsi ikili diplom proqramı haqqında danışır

            “Düşünürəm ki, təhsil hər zaman davam etdirilməlidir. Təhsil davam etdirilməli və yüksək səviyyədə olmalıdır ki, gələcəkdə peşəkar olasan... Uğura aparan yol da asan deyil. Amma xatırlamaq lazımdır ki, çətinliklər olmadan heç bir uğur əldə edilə bilməz. Buna görə də heç vaxt ruhdan düşməməli, hədəflərimizə doğru yeni addımlar atmalıyıq!” Bu sözləri Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Nəzrin Qasımova ilə apardığımız müsahibədə deyib.

            Bildiyimiz kimi, Bakı Dövlət Universiteti dünyanın bir çox nüfuzlu universitetləri ilə ikili diplom təhsili üzrə proqramlar həyata keçirir. Tələbələrimizə təhsil yolunda böyük dəstək olan bu proqramlar üzrə təhsil alanlardan biri də BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin beynəlxalq münasibətlər ixtisasının bakalavr məzunu Nəzrin Qasımovadır. O, bu yolda keçdiyi mərhələlərlə bağlı, təhsil prosesi, qazandığı təcrübələrlə bağlı öz təəssüratlarını bölüşür.

            -Hansı ikili diplom proqramı üzrə təhsil alırsınız?

            -Hazırda BDU-da Beynəlxalq münasibətlər və diplomatiya (ingilis bölməsi) ixstisası üzrə təhsilimi davam etdirirəm. Eyni zamanda, Bakı Dövlət Universiteti və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əasasən beynəlxalq münasibətlər və diplomotiya ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramı əsasında beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıram.

            Bəs ikili diplom proqramı üzrə təhsil almağa nə vaxt qərar verdiniz?

            -Bizə proqram barədə məlumat verildikdə çox sevinmişdim. Bu şansı dəyərləndirmək istəyirdim. Həmçinin, daha sonra xəbər edildi ki, müsahibə mərhələsindən uğurla keçən tələbələrin UBİS Universiteti üzrə təhsil haqqı BDU tərəfindən qarşılanacaq.

            -Bu proqrama necə qoşuldunuz? Bunun üçün hansı mərhələlərdən keçməli oldunuz? - Proqram barəsində sentyabr ayında məlumatlandırıldıq. Daha sonra kim ikili diplom üzrə təhsil almaq istəyirsə, həmin tələbələrdən CV, motivasiya məktubu və dil sertifikatı tələb olundu. Daha sonra isə müsahibə mərhələsinə dəvət olunduq. Seçilənlərdən biri də mən oldum. Qeyd etdiyim kimi, sentyabr ayında beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə təhsil alan, Azərbaycan, rus, ingilis bölmələri görüşə dəvət edildi. Proqram haqqında bizə geniş məlumat verildi. Müsahibə mərhələsi əvvəl onlayn şəkildə keçiriləcəyi planlaşdırılmışdı, daha sonra isə universitetə dəvət olunduq. Müsahibə mərhələsi də olduqdan təxminən bir həftə sonra artıq nəticələr bəlli idi. Daha sonra isə seçilənlər UBİS-in rəsmi səhifəsində qeydiyyatdan keçməli idilər. Qeydiyyatdan keçdikdən sonra isə dərslər başladı.

            -Dərs prosesi necə gedir? Sizi qane edirmi?

            -Dərs prosesi onlayn şəkildədir. Axşam saatlarında dərsə qoşuluruq. Təxminən iki saat çəkir. Dərslər müzakirə yönümlü olduğu üçün çox maraqlı olur. Düzdür, bəzi fərqliliklər var, amma artıq alışmışam. Məsələn, hər həftə tapşırıqlar verilir və həmin tapşırıqlar həftə sonuna kimi yazılmalıdır. Hər tapşırığın xüsusi vaxtı olur. Dərs zamanı müəllim təqdimatlardan da istifadə edir. Çalışırıq ki, hər birimiz dərs zamanı aktiv olaq, hər birimiz mövzuyla bağlı fikirlərimizi bildiririk.

            -Bəs yeni sistemə uyğunlaşmaqda çətinlik çəkdinizmi?

            -Bəli, əvvəlcə bir az çətinlik çəkdim. Çünki hər iki universitetdəki dərsləri oxumaq, tapşırıqları vaxtında yerinə yetirmək bəzən çətinliklər yaradır. Amma zamanla öyrəşdim.

            -Son olaraq, sizin kimi ikili diplom proqramı üzrə təhsil almaq istəyən tələbələrə məsləhətləriniz nə olardı?

            -Düşünürəm ki, təhsil hər zaman davam etdirilməlidir. Təhsil davam etdirilməli və yüksək   səviyyədə olmalıdır ki, gələcəkdə peşəkar olasan. Ona görə də bu magistratura proqramını seçdim. Çünki çox yaxşı şansdır. Bu şansı dəyərləndirməyi hər tələbəyə məsləhət görərdim. Başlanğıcda çətinliklər yaşaya bilərlər. Uğura aparan yol da asan deyil. Amma xatırlamaq lazımdır ki, çətinliklər olmadan heç bir uğur əldə edilə bilməz. Bunu prioritet sayaraq, heç vaxt ruhdan düşməməli, hədəflərimizə doğru yeni addımlar atmalıyıq.

             

             

             

             

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025