BDU tələbəsi “Azərbaycan Mühəndislik Yarışı”nın qalibi olub

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin “Kimya mühəndisliyi” ixtisası üzrə IV kurs tələbəsi Aysu Cəfərzadə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və “Elsevier” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan Mühəndislik Yarışı”nın qalibi olub.
20 aprel – 1 may tarixlərində keçirilən və 16 universitetdən 160-dan çox tələbənin iştirak etdiyi yarışda iştirakçılar mühəndislik üzrə elmi platformalar olan “Knovel” və “Engineering Village” platformaları üzərindən tapşırıqları yerinə yetiriblər.
Tələbəmizi təbrik edir, uğurlar arzulayırıq!