BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU tələbələri və özbəkistanlı doktorantların iştirakı ilə elmi-praktiki təcrübə proqramı təşkil olunub

            BDU tələbələri və özbəkistanlı doktorantların iştirakı ilə elmi-praktiki təcrübə proqramı təşkil olunub

            BEYNƏLMİLƏLLƏŞMƏ 23 Fevral 2026 11:43

            BDU tələbələri və özbəkistanlı doktorantların iştirakı ilə elmi-praktiki təcrübə proqramı təşkil olunub

            Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin təşəbbüsü ilə Özbəkistanın Buxara Tibb Universitetindən təcrübə keçmək üçün gəlmiş doktorantların, fakültənin magistrant və “Biotexnologiya” ixtisası üzrə təhsil alan I kurs tələbələrinin iştirakı ilə elmi-praktiki təcrübə proqramı təşkil olunub. Proqramın məqsədi iştirakçıların müasir laborator texnologiyaları, tətbiqi analiz metodları və aktual tədqiqat istiqamətləri ilə birbaşa tanışlığını təmin etmək olub.

            Təcrübə proqramı çərçivəsində iştirakçılar BDU-nun Biologiya fakültəsinin ixtisaslaşmış laboratoriyalarında aparılan elmi-tədqiqat işləri ilə tanış olublar. Molekulyar biologiya, biokimya, genetik analiz və bitki biotexnologiyası istiqamətləri üzrə icra olunan layihələr barədə məlumat verilib, laborator avadanlıqların iş prinsipi, nümunələrin hazırlanması mərhələləri və analiz nəticələrinin interpretasiyası praktiki şəkildə izah edilib. Bu mərhələ tələbələrin nəzəri biliklərinin praktik mühitdə möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.

            Proqram çərçivəsində iştirakçılar Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi, dosent Roza Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasında və klinik laboratoriyalarında olublar. Burada klinik laborator diaqnostikanın təşkili, molekulyar-bioloji metodların tibbdə tətbiqi və tam avtomatlaşdırılmış analiz sistemləri barədə təqdimat keçirilib. Klinik-Diaqnostik Laboratoriyada nümunələrin barkod sistemi ilə identifikasiyası və yüksək məhsuldarlıqlı analiz prosesi nümayiş etdirilib.

            Təcrübə proqramı Əkinçilik Elmi-Tədqiqat İnstitutunda davam etdirilib. İnstitutda aparılan aqrar-bioloji tədqiqat istiqamətləri və laborator analiz metodları haqqında məlumat verilib. Təcrübə çərçivəsində QIAGEN şirkətinin elm və İinnovasiya üzrə direktoru İsmail Hakkı Taş tərəfindən “Glacial Advance” kapilyar elektroforez sistemi üzrə praktiki təlim keçirilib, cihazın iş prinsipi və nəticələrin analizi izah olunub.

            Proqram real laborator mühitdə bilik və bacarıqların inkişafına, beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə və gələcək birgə tədqiqatların formalaşmasına töhfə verir.

            BDU tələbələri və özbəkistanlı doktorantların iştirakı ilə elmi-praktiki təcrübə proqramı təşkil olunub
            BDU tələbələri və özbəkistanlı doktorantların iştirakı ilə elmi-praktiki təcrübə proqramı təşkil olunub
            BDU tələbələri və özbəkistanlı doktorantların iştirakı ilə elmi-praktiki təcrübə proqramı təşkil olunub
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025