BDU tələbələri gender bərabərliyi ilə bağlı maarifləndirilib
SOSİAL
26 Oktyabr 2026 13:32

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) dəstəyi ilə tələbələr üçün “Gender bərabərliyi və məişət zorakılığı: sağlam münasibətlər” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlimçi Fərid Seyfullayev gender bərabərliyinin əhəmiyyəti, məişət zorakılığının sosial-psixoloji tərəfləri, sağlam münasibətlərin formalaşdırılması və cəmiyyətdəki stereotiplərin insan davranışlarına təsiri barədə məlumat verib. Tədbirdə davranış psixologiyası, fərdi inkişaf, özünüdərk və şəxslərarası ünsiyyət məsələləri müzakirə edilib.
Fərid Seyfullayev emosional intellektin, empatiyanın və effektiv ünsiyyət bacarıqlarının qarşılıqlı münasibətlərdəki rolunu vurğulayıb. O, həmçinin psixoloji təzyiq və emosional manipulyasiyanın tanınması, şəxsi sərhədlərin qorunması, münaqişələrin konstruktiv həlli və sağlam davranış modellərinin qurulması ilə bağlı təcrübələrini bölüşüb.
Sonda tələbələrin sualları cavablandırılıb.
Son XƏBƏRLƏR
26.10.2026 | 13:42
BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26.10.2026 | 12:48
Xəyallarının ardınca BDU-ya...- Prezident təqaüdçüsü olan rəfiqələrin uğur hekayəsi
26.10.2026 | 10:58