BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU rektoru İstanbulda Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclasında iştirak edir

            BDU rektoru İstanbulda Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclasında iştirak edir

            BEYNƏLMİLƏLLƏŞMƏ 23 Noyabr 2024 20:49

            BDU rektoru İstanbulda Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclasında iştirak edir

            Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (Azerbaycanlı Bilim İnsanları Derneği - ABİD) ilk ümumi iclası İstanbulda öz işinə başlayıb. Toplantı Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və ABİD-in birgə təşkilatçılığı ilə keçirilir.

            ABİD-in ilk ümumi iclasının açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından millət vəkili Şamil Ayrım, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, ABİD-in rəhbəri və Bilkənt Universitetinin professoru Əmirulla Məmmədov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və digərləri çıxış ediblər.

            Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov təqdimatla çıxış edib.

            BDU rektoru Elçin Babayev çıxışında Türkiyədə çalışan azərbaycanlı alimlərin belə bir dərnək yaratmasının yalnız fərdi uğurların deyil, həm də kollektiv nailiyyətlərin artırılmasına, elmi əlaqələrin dərinləşməsinə və milli hədəflərimizin həyata keçirilməsinə xidmət edəcəyinə əminliyini bildirib: “ABİD-in yaradılması həm elmə, həm təhsilə, həm də milli birliyimizə xidmət edən mühüm təşəbbüsdür. Bizim hədəfimiz bu platformadan səmərəli istifadə edərək, Azərbaycan və Türkiyənin elm və təhsil sahəsindəki uğurlarını və əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdır. BDU elmin, təhsilin və innovasiyaların inkişafı naminə belə təşəbbüsləri daim dəstəkləyir”.

            Rektor vurğulayıb ki, müasir tələblərə cavab verən elmi təşkil modelini formalaşdıran BDU-nun 105 illik tarixi ərzində elmi tədqiqatlar sahəsində əldə edilən ənənəvi uğurlar bu gün yeni yanaşmalarla zənginləşdirilir. Universitetdə innovativ sahələr üzrə ixtisaslaşmış elmi mərkəzlər yaradılır. Elmi nəticələrin istehsalata tətbiqi və cəmiyyətlə effektiv inteqrasiya məqsədilə BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi ilə yanaşı, gənclər üçün Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi və digər strukturlar fəaliyyət göstərir. Görülən işlərin nəticəsidir ki, BDU hazırda dünya reytinqlərində sürətlə irəliləyir, TOP-1000 universitet sırasında qərarlaşıb.

            Rektor diaspora alimlərini BDU ilə yaxından əməkdaşlığa dəvət edib, bunun Türkiyə və Azərbaycanın elmi intellektual potensialının artırılmasına xidmət edəcəyini diqqətə çatdırıb.

            Rektor ABİD-in fəaliyyətinin dəstəklənməsi ilə bağlı bir sıra təkliflər də irəli sürüb.

            BDU rektoru İstanbulda Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclasında iştirak edir
            BDU rektoru İstanbulda Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclasında iştirak edir
            BDU rektoru İstanbulda Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclasında iştirak edir
            BDU rektoru İstanbulda Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclasında iştirak edir
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025