BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun rumıniyalı doktorantı: “Azərbaycan çox təhlükəsiz ölkədir, insanları qonaqpərvərdir”

            BDU-nun rumıniyalı doktorantı: “Azərbaycan çox təhlükəsiz ölkədir, insanları qonaqpərvərdir”

            BEYNƏLMİLƏLLƏŞMƏ 3 Aprel 2025 16:33

            BDU-nun rumıniyalı doktorantı: “Azərbaycan çox təhlükəsiz ölkədir, insanları qonaqpərvərdir”

            Alexandra Stefania Dinulescu Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin rumıniyalı doktorantıdır. Bakalavr təhsilini Rumıniyanın Kraiova Universitetində, magistr təhsilini isə Kraiova və Çex Respublikasının Praqa Metropolitan universitetlərində alıb. Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Azərbaycanda, BDU-da təhsil almaq şansı əldə edən Alexandra Stefania bunun akademik inkişafında mühüm rol oynayacağına əmindir: 
            - Azərbaycanda təhsil almaq qərarını necə verdiniz?

            - Azərbaycanın təhsil sistemi mənə çox cəlbedici göründü. Ölkənizin müxtəlif sahələr, o cümlədən elmi tədqiqatlar üzrə inkişafına diqqət yetirəndən sonra burada təhsil almaq, Azərbaycan mədəniyyətini öyrənmək qərarını verdim. Bu ölkədəki təhsil mühiti, BDU-nun beynəlxalq reytinqlərdəki sıralaması, elmi-tədqiqat imkanlarının genişliyi məni daha da həvəsləndirdi.

            - BDU-da ilk təhsil ilinizi necə dəyərləndirirsiz?

            - Unudulmaz anlarla dolu il oldu. Çoxlu dostlar qazanmışam. Səmimi mühitdə təhsil almaq, buradakı insanlarla və tələbə yoldaşlarımla qurduğum əlaqələr mənim üçün çox dəyərlidir. Hazırda BDU-nun "Tələbə evi"ndə qalıram. Orda tələbələr üçün yaxşı şərait yaradılıb. Otaqlar geniş və rahatdır. Ümumi otaqlarda həm xarici, həm də yerli tələbələrlə maraqlı vaxt keçiririk. Geniş kitabxanada elmlə məşğul olmaq üçün münbit şərait var. Burda olmaqdan xoşbəxtəm.

            - Hazırda hansı mövzu üzrə tədqiqat aparırsınız?

            - Hazırda milli təhlükəsizliyin artırılmasında enerji və iqtisadi diplomatiyanın rolu, Rumıniya və Azərbaycanın strateji tərəfdaşlıqlarının səmərəliliyə təsiri üzərində araşdırmalar aparıram. Bu tədqiqatda enerji sahəsindəki əməkdaşlığın, iqtisadi diplomatiyanın və geosiyasi əlaqələrin iki ölkənin milli təhlükəsizliyinə necə təsir etdiyini öyrənirəm. Məqsədim Azərbaycan və Rumıniya arasında daha möhkəm əlaqələr qurulmasına kömək etmək və bu sahədə töhfə verməkdir. Bununla yanaşı, Azərbaycanla bağlı daha dərin və müfəssəl araşdırmalar aparmağı düşünürəm.

            - Azərbaycan mədəniyyəti ilə necə uyğunlaşdınız?

             - Azərbaycan mədəniyyəti ilə ilk tanışlığım, milli adət-ənənələri öyrənmək çox maraqlı idi. Novruz bayramını xüsusi qeyd etmək istəyirəm. Novruz şirniyyatları çox dadlıdır. Bayram ərəfəsindəki çərşənbələr, adətlər çox diqqətimi çəkdi.

            - Azərbaycanla bağlı ən çox sevdiyiniz məqam hansıdır?

            - Azərbaycan çox təhlükəsiz ölkədir, insanları qonaqpərvərdir. Bu xüsusiyyətlər mənim daha tez uyğunlaşmağımda, buranı ikinci Vətənim kimi hiss etməyimdə mühüm rol oynadı. Azərbaycanın təbiəti, mətbəxi və insanları əvəzolunmazdır.

            - Azərbaycan və Rumıniya arasında əlaqələrin gələcəyini necə görürsünüz?

            - Ölkələrimiz arasında əlaqələrin gələcəyinə çox ümidlə baxıram. Həm iqtisadiyyat, həm də mədəniyyət sahələrində iki ölkə arasında əlaqələr daha da dərinləşə bilər. Xüsusilə enerji, ticarət və turizm sahələrində daha çox əməkdaşlıq və təcrübə mübadiləsi faydalı olardı. Bu əlaqələrin inkişafı həm regional, həm də beynəlxalq səviyyədə ölkələrimiz üçün böyük imkanlar yarada bilər.

            - Gələcəklə bağlı hansı planlarınız var?

            - Akademik fəaliyyətlə məşğul olmaq istəyirəm. Rumıniyaya qayıtdıqdan sonra Azərbaycan mədəniyyətini daha yaxşı tanıtmaq, ölkələrimiz arasında əlaqələrin inkişafına dəstək vermək niyyətindəyəm.

            Müsahibəni hazırladı: Nərminə Əsədova

            BDU-nun rumıniyalı doktorantı: “Azərbaycan çox təhlükəsiz ölkədir, insanları qonaqpərvərdir”
            BDU-nun rumıniyalı doktorantı: “Azərbaycan çox təhlükəsiz ölkədir, insanları qonaqpərvərdir”
            BDU-nun rumıniyalı doktorantı: “Azərbaycan çox təhlükəsiz ölkədir, insanları qonaqpərvərdir”
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025