BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun rektoru “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” kitabının təqdimat mərasimində çıxış edib

            BDU-nun rektoru “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” kitabının təqdimat mərasimində çıxış edib

            25 Noyabr 2021 12:20

            BDU-nun rektoru “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” kitabının təqdimat mərasimində çıxış edib

            2021-ci il 24 noyabr tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), Dövlət İmtahan Mərkəzinin (DİM), Bakı Dövlət Universitetinin (BDU) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 15 illiyinə həsr olunmuş “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” adlı vəsaitin təqdimat mərasimi keçirilib.

            Mərasimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyinin iqtisadiyyat, mədəniyyət və mətbuat işləri üzrə nümayəndəsi Zübeyde Oyan, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Karin Hoerhan,  “Vətəndaşların əmək hüquqlarının müdafiəsi liqası”nın sədri, İctimai Şuranın sədri Sahib Məmmədov, bu sahənin vacibliyindən söhbət açaraq “Gender bərabərliyi haqqında Qanunun qəbul olunmasının 15-ci il dönümündə belə bir vəsaitin hazırlanmasının əlamətdar olduğunu qeyd ediblər.

            BDU-nun rektoru Elçin Babayev təqdimat mərasimində çıxış edərək, bu gün qadınların cəmiyyətin və milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynadıqlarını qeyd edib: “Təhsil, elm, mədəniyyət, iqtisadiyyat, istehsalat və digər bu kimi sahələrdə gender bərabərliyinin təmin edilməsi dövlətimizin hər zaman əsas prioritetlərdən biri olmuşdur və bu gün də belə davam edir”. Ölkədə hər bir sahədə qadınların rolunun daha da artırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edən rektor Elçin Babayev əlavə edib ki, bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət qadın siyasətinə, ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə, ölkəmizdə idarəetmənin müxtəlif səviyyələrində qadınların kişilərlə bərabər təmsilçiliyinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də öz töhfəsini verir.

            BDU-da 2000-ci ildə “Gender tədqiqatları mərkəzi” və 2002-ci ildə həmin mərkəzin bazasında Gender və tətbiqi psixologiya kafedrasının yarandığını bildirən E.Babayev vurğulayıb ki, kafedrada gender bərabərliyi problemi və onun müxtəlif aspektlərinin araşdırılması istiqamətində psixologiya elminin nailiyyətlərindən hərtərəfli istifadə olunması üzrə elmi tədqiqatlar aparılır və bu sahə üzrə mütəxəssislər hazırlanır: “Hazırda bakalavr təhsil səviyyəsində BDU-nun 11 fakültəsində 22 ixtisas üzrə Genderə giriş fənni tədris edilir. “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” adlı dərs vəsaiti gender bərabərliyi sahəsində təlimatlandırma ilə bərabər, əyani dərs vəsaiti kimi istifadə olunur”.

            Çıxışlardan sonra tədbir Kurikulum müəlliflərinin təqdimatları ilə davam edib. BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsinin (CEDAW) sədr müavini Elgün Səfərov “Kurikulumun məqsədi, strukturu və həyata keçirilməsi”, Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Kurikulumun dövlət qulluğu sistemində tətbiqi və icrası”, BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının müəllimi Nigar Səfərova “Kurikulumun təhsil sistemində tətbiqi” mövzusunda çıxış edərək, bildiriblər ki, insan hüquqları ölkəmizdə prioritet istiqamətlərdəndir, kişi və qadınların de-fakto və de-yure bərabərliyinin təmin edilməsi hər bir sahədə bərabərliyin yaradılması deməkdir. Qeyd edilib ki, beynəlxalq konvensiyalara və milli qanunvericiliyə əsasən hazırlanan kurikulum bu sahədə yaxşı təcrübənin formalaşdırılması, səmərəli idarəçilikdə gender bərabərliyinin daha yaxşı təşviq edilməsi, dövlət qulluqçularının gender bərabərliyi sahəsində təlimatlandırılması və gender məsələlərinə dair həssaslığın artırılması istiqamətlərində tədbirlər barədə onların məlumatlandırılması və digər məsələlər baxımından əhəmiyyətlidir.

            Tədbir iştirakçıların suallarının cavablandırılması və müzakirələrlə davam edib.

            BDU-nun rektoru “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” kitabının təqdimat mərasimində çıxış edib

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025