BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun müəllimləri imtahan sessiyası haqqında danışır

            BDU-nun müəllimləri imtahan sessiyası haqqında danışır

            25 Yanvar 2022 16:34

            BDU-nun müəllimləri imtahan sessiyası haqqında danışır

            Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası uğurla davam edilir.

            Universitetin professor-müəllim heyətinin imtahan sessiyası təşkili barəsində fikirlərini öyrəndik:

             

            BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri professor Cahangir Məmmədli: “Qış imtahan sessiyasının gedişatı və tələbələrin göstəricilərinin yüksək olması sevindirici haldır. Magistrantlarımız da nəzəri prinsip və tədqiqat metodları haqqında geniş biliyə malikdirlər. Onların sərbəst yazı qabiliyyətləri, fikir ifadə etmə bacarığı imtahan suallarına tam dolğun cavab verməyə imkan verir. İxtisas biliklərini dərin mənimsəmələri və professor-müəllim heyətinin səyi nəticəsində imtahanlar tam şəffaf və obyektiv təşkil olunur. İmtahan iştirakçıları pandemiyanın şərtlərinə uyğun olaraq yerləşdirilirlər. Tələbələrin imtahana hazırlıq səviyyələri, onların nəzəri biliklərinin yoxlanması üçün təşkil olunan imtahan sessiyasının obyektiv keçirilməsi məqsədilə həm tələbələr, həm də koordinator müəllimlər tam məlumatlandırılmışlar. İmtahan sessiyasında iştirak edən bütün tələbələrimizə müvəffəqiyyətlər arzulayıram”.

             

            Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının müəllimi Xaliq Rüstəmov: “BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində payız semestrinin imtahan sessiyasında tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün bütün şərait yaradılıb. Sevindirici haldır ki, artıq imtahanlar universitetimizin auditoriyalarında ənənəvi şəkildə təşkil olunur. Semestr ərzində ənənəvi dərslərin yüksək səviyyədə təşkili ilə yanaşı, mühazirə mətnləri, ədəbiyyat və elektron materiallar tələbələrə ‘Blackboard’ onlayn platforması vasitəsi ilə də çatdırılmışdır ki, bu tələbələrin imtahanlara yüksək səviyyədə hazırlıqlı olmasına kömək edir. Fakültədə keçirilən imtahanlara universitet rəhbərliyi, dekanlıq və kafedra müdirləri tərəfindən yüksək səviyyədə nəzarət edilir. Professor-müəllim heyəti tələbələrə humanist, qayğıkeş münasibət göstərir. İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülübdür. Bu semestrdə bəzi imtahanların şifahi formada keçirilməsinə qərar verilmişdir ki, bu da sessiyanın təşkilində müsbət qiymətləndirilir. İmtahanlarla əlaqədar yarana biləcək istənilən problemlərlə bağlı müvafiq olaraq Qərargaha, "Qaynar xəttə" və elektron poçt vasitəsilə göndərilən bütün müraciətlərə Apelyasiya Komissiyası tərəfindən operativ qaydada baxılır”.

            Geologiya fakültəsinin dekan müavini Ruslan Şəmiyev: “Qeyd etmək istərdim ki, BDU-da imtahan sessiyasının yüksək səviyyədə və müvafiq standartlara uyğun təşkil edilir, imtahan sessiyasına uğurlu nəzarət həyata keçirilir. Universitetin Elmi Şurasının payız semestrinin imtahan sessiyasının keçirilməsi haqqında qərarına əsasən, bütün fakültələrdə əyani təhsilalma forması üzrə təhsilalanlar üçün imtahanların yazılı və şifahi-dialoq formasında təşkili, doğrudan da, imtahan prosesində sıxlığın tənzimlənməsinə müsbət təsirini göstərmişdir. İmtahan sessiyası ilə bağlı məsul olan əməkdaşların, şöbələrin Tədrisin təşkili və idarə olunması Mərkəzi ilə kordinasiyalı işi, o cümlədən tədris prosesinin operativ şəkildə təşkili və idarə edilməsi üzrə işlərin obyektiv və dəqiq həyata keçirilməsi istiqamətində görülən işlər və atılan addımlar əvvəlki illərlə müqayisədə deyərdim ki, işləri xeyli asanlaşdırmış və tədris prosesində keyfiyyətin yüksəlməsinə öz müsbət təsirini göstərmişdir. Hal-hazırda imtahan sessiyasının əsas hissəsini geridə qoymuşuq. Təhsilalanların müvəffəqiyyət və keyfiyyət göstəricilərinin təhlili bir daha sübut edir ki, doğrudan da imtahan sessiyasının təşkili prosesi uğurla davam edir, tələbələrimizin akademik hüquqlarının və maraqlarının qorunması istiqamətində qanunvericiliklə nəzərdə tutulmuş bütün addımları həyata keçiririk. Yeri gəlmişkən, tələbələrimizə də imtahan sessiyasında uğurlar arzulayırıq”.

             

            Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva: “Magistrantlarımız semestr ərzində təsdiq olunmuş dərs cədvəlinə uyğun olaraq onlayn mühazirə və ənənəvi qaydada seminarlarda iştirak ediblər. Müəyyən olunmuş qrafik üzrə fərdi işləri və kollokviumları veriblər. Hazırda isə qış imtahan sessiyası uğurla davam edir. İmtahanların pandemiya şəraitinin qaydalarına uyğun və tam şəffaf və obyektiv təmin olunmasına nəzarət olunur”.

             

             

             

             

            Mexanika riyaziyyat fakültəsinin Diferensial və inteqral tənliklər kafedrasının dosenti Şirmayıl Bağırov: “Bildiyiniz kimi, pandemiya ilə əlaqədar olaraq həm 1-ci, həm 2-ci kurslar ilk dəfə əyani imtahan sessiyasında iştirak edirlər. 3 semestrdən sonra yenidən əyani imtahan sessiyasının olması biz müəllimlər üçün də həyəcanlı və sevindiricidir. Tələbələrdə bu həyəcan özünü daha çox büruzə verir. Buna görə biz onlara daha diqqətlə, qayğı ilə yanaşırıq. Eyni zamanda hər hansı problemlə üzləşildikdə onu operativ olaraq həll etməyə çalışırıq. Tələbələrin əyani imtahan sessiyasına qayıtması, onlarda imtahanlara qarşı diqqət, məsuliyyət hissini daha yüksək səviyədə dərk etmyə imkan verir. Mexanika-riyaziyyat fakültəsi tələbələrinin hər zaman ümumi göstəriciləri yüksək olubdur. İmtahanlar arasında müddət 3 gündən az olmayaraq  təyin edimiş və tələbələrin imtahanlara hazırlaşması üçün bütün imkanlar yaradılmışdır. Bütün tələbələrə uğurlar arzu edirəm”.

             

             

             

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025