BDU-nun müəllim və doktorantları IV Türk Dünyasının Modernləşməsi Simpoziumunda məruzə ediblər

Bakı Dövlət Universitetinin (BDU) türkoloq alimləri Türkiyənin Ege Universitetinin Ədəbiyyat fakültəsinin təşkilatçılığı ilə keçirilmiş IV Türk Dünyasının Modernləşməsi Simpoziumunda məruzə ediblər.
Simpozium I Türkoloji Qurultayının 100 illiyinə həsr olunub.
Simpoziumun 16–18 oktyabr 2026-cı il tarixlərini əhatə edən onlayn sessiyalarında Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları - professor Reyhan Həbibli “Azərbaycanda sovet dövrünün ideoloji toponimləri və müstəqillik illərində tarixi adların bərpası”, filologiya elmləri üzrə fəlsəfə doktoru Pərvin Eyvazov “Bəkir Çobanzadənin elmi yaradıcılığında ortaq türk ədəbi dili məsələsi”, Türkologiya kafedrasının doktorantları Şəbnəm Abbasova “Türkmən dilinin lüğət tərkibində təsdiq və inkar strukturlar haqqında”, Könül Eyvazova isə “Türk və Azərbaycan dillərinin şivələrində ortaq frazeoloji vahidlərin işlənmə xüsusiyyətləri” adlı məruzələr ediblər. Elmi məruzələrdə sovet illərində ideoloji amillərin toponimik sistemə təsiri və müstəqillik dövründə tarixi adların bərpası məsələləri, Bəkir Çobanzadənin elmi irsində ortaq türk ədəbi dili ideyasının elmi əsasları və türkoloji fikir tarixindəki yeri, türkmən dilinin leksik-semantik xüsusiyyətləri, o cümlədən təsdiq və inkarlıq məna münasibətlərinin ifadə vasitələri, dialekt və şivələrdə işlənən ortaq frazeoloji vahidlərin işlənmə xüsusiyyətlərini müqayisəli aspektdə təhlil olunub. Həmçinin məruzələrdə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın elmi irsinə və müasir türkoloji tədqiqatlardakı yerinə də diqqət yetirilib.
Simpoziumun sonunda BDU təmsilçilərinə sertifikatlar təqdim olunub.