BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü elan edir

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində fəaliyyət göstərən Hüquq Klinikası tərəfindən noyabrın 21-də pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçiriləcək. Budəfəki “Açıq qapı” günü 8 Noyabr – Zəfər Günü və 12 Noyabr – Konstitusiya Gününə həsr olunur.
Təşəbbüsün əsas məqsədi əhalinin hüquqi maarifləndirilməsinə dəstək olmaq, hüquqi xidmətlərə çıxışı genişləndirmək və xüsusilə həssas qrupların hüquqlarının qorunmasına töhfə verməkdir. “Açıq qapı” günü müxtəlif sahələr üzrə hüquqi məsləhətləri əhatə edəcək. Müraciət edən şəxslərə BDU-nun Hüquq fakültəsinin vəkil-müəllimləri tərəfindən peşəkar hüquqi yardım göstəriləcək.
Vətəndaşlar hüquqi məsələlərlə bağlı müraciətlərini BDU-nun Hüquq Klinikasına ünvanlaya və ya “Açıq qapı” günü ərzində birbaşa iştirak edə bilərlər.
Tarix və saat: 21 noyabr 2026-cı il, saat 11:00-15:00
Məkan: BDU-nun 1 saylı tədris binası, I mərtəbə, 201-ci otaq (Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33)
Əlavə məlumat və qeydiyyat üçün: [email protected], +994(99)3099303