BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Hüquq fakültəsində yeni “Ədalət mühakiməsi hüququ” ixtisaslaşması açılır

            BDU-nun Hüquq fakültəsində yeni “Ədalət mühakiməsi hüququ” ixtisaslaşması açılır

            TƏDRİS 25 İyun 2026 16:31

            BDU-nun Hüquq fakültəsində yeni “Ədalət mühakiməsi hüququ” ixtisaslaşması açılır

            2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində magistratura səviyyəsində “Hüquqşünaslıq” ixtisası üzrə “Ədalət mühakiməsi hüququ” ixtisaslaşması açılacaq.

            Ədalət mühakiməsi hüququ hüquqi dövlətin əsas institutlarından biri olan məhkəmə hakimiyyətinin təşkili və fəaliyyəti ilə bağlı münasibətləri öyrənən mühüm hüquq sahəsidir. Müasir dövrdə məhkəmə hakimiyyətinin rolunun artması, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, rəqəmsal texnologiyaların hüquq sisteminə inteqrasiyası, ədalətli məhkəmə araşdırması standartlarının təkmilləşdirilməsi və hüquqi institutların inkişafı bu istiqamətdə peşəkar mütəxəssislərə olan tələbatı artırıb. Bu baxımdan BDU-da “Ədalət mühakiməsi hüququ” ixtisaslaşmasının açılması həm elmi, həm də praktiki baxımdan xüsusi aktuallıq kəsb edir.

            Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsinin yeganə və müstəqil daşıyıcısı məhkəmələrdir. Hüquqi dövlət quruculuğunun mühüm istiqamətlərindən biri olan məhkəmə sisteminin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin səmərəliliyinin artırılması, məhkəmə fəaliyyətində rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqi, ədalət mühakiməsinin həyata keçirilməsi mexanizmlərinin elmi və praktiki baxımdan öyrənilməsi bu sahədə peşəkar kadr hazırlığını zəruri edir. Yeni ixtisaslaşma məhkəmə hakimiyyətinin fəaliyyətinin hüquqi əsaslarının, ədalətli məhkəmə araşdırmasının təminatlarının və müasir hüquqi çağırışların daha dərindən öyrənilməsinə şərait yaradacaq.

            BDU-nun Hüquq fakültəsi “Ədalət mühakiməsi hüququ” istiqamətində magistr hazırlığının həyata keçirilməsi üçün güclü elmi-pedaqoji potensiala malikdir. İxtisaslaşma çərçivəsində magistrantlar ədalət mühakiməsinin anlayışı və mahiyyəti, müasir məhkəmə-hüquq islahatları, məhkəmə fəaliyyətində informasiya texnologiyalarının, rəqəmsallaşmanın və süni intellekt sistemlərinin tətbiq perspektivləri, ədalət mühakiməsinin həyata keçirilməsinə dair əsas müddəalar, ədalətli məhkəmə araşdırması hüququnun ümumi və xüsusi institusional və prosessual təminatları, Azərbaycan Respublikasının məhkəmə sistemi, hakimlərin və digər proses iştirakçılarının hüquqi statusu, Məhkəmə-Hüquq Şurasının statusu və fəaliyyət istiqamətləri, məhkəmə etikasının əsasları və digər mühüm istiqamətlər üzrə bilik və bacarıqlar əldə edəcəklər.

            Tədris prosesində Azərbaycan Respublikasının prosessual qanunvericiliyi, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin hüquqi mövqeləri, Məhkəmə-Hüquq Şurasının qərarları, həmçinin beynəlxalq hüquqi təcrübə, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin seçilmiş presedent hüququ, Avropa Hakimlərinin Məşvərətçi Şurasının rəyləri və Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının müxtəlif sənədləri tələbələrə nəzəri və praktiki aspektlərdə öyrədiləcək.

            “Ədalət mühakiməsi hüququ” üzrə magistr hazırlığı ölkədə hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsinə, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına, hüquq sahəsində elmi tədqiqatların genişləndirilməsinə və müasir çağırışlara cavab verən peşəkar hüquqşünasların yetişdirilməsinə mühüm töhfə verəcək. Magistrantlar əldə etdikləri nəzəri bilik və praktik bacarıqlar sayəsində həm akademik fəaliyyətə, həm də məhkəmə və digər hüquq institutlarında peşəkar fəaliyyətə daha hazırlıqlı şəkildə inteqrasiya oluna biləcəklər.

             

            TƏDRİS ELM

            Son XƏBƏRLƏR

            25.06.2026 | 14:52

            BDU-da Silahlı Qüvvələr Günü qeyd olunub

            25.06.2026 | 14:41

            BDU-nun 9 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun oldu

            25.06.2026 | 14:37

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi beynəlxalq olimpiadada bürünc medal qazanıb

            25.06.2026 | 11:30

            BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

            25.06.2026 | 11:29

            BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025