BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

20-23 avqust tarixlərində Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, “BDU könüllüləri” təşkilatı və “Əmanət” Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tələbələr və şəhid-qazi övladları üçün “Bir yay, min xatirə” adlı Yay düşərgəsi keçiriləcək.
Düşərgə çərçivəsində iştirakçılar üçün təlimlər, məlumatlandırıcı sessiyalar, mədəni tədbirlər və asudə vaxtın təşkili üçün əyləncəli oyunlar nəzərdə tutulub.