BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib

            BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib

            ELM 27 Aprel 2026 16:17

            BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib

            Bakı Dövlət Universiteti (BDU) və “Qadın Sağlamlığına Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Səhiyyə Nazirliyi və TƏBİB-in tərəfdaşlığı, “Bakı Medical Plaza”nın ev sahibliyi ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Qadın sağlamlığının qorunması: multidissiplinar yanaşmalar” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilib.

            Konfransı giriş sözü ilə açan BDU-nun Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, onun yüksək mənəvi keyfiyyətlərindən və oftalmologiya sahəsində qoyduğu zəngin elmi irsdən, həmçinin elmi-praktiki konfransın əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, Zərifə Əliyevanın elmi fəaliyyəti və insanlara həsr olunmuş ömür yolu bu gün də cəmiyyət üçün mühüm örnəkdir.

            Konfransın rəsmi hissəsində “Qadın Sağlamlığına Dəstək” İctimai Birliyinin həmsədri, tibb üzrə fəlsəfə doktoru Günay Əhmədova, “Bakı Medical Plaza”nın baş həkim müavini İlkanə Kərəntərli, BDU-nun Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov çıxış ediblər. Çıxışlarda qadın sağlamlığının qorunmasında müasir yanaşmaların tətbiqi, profilaktikanın gücləndirilməsi və müxtəlif ixtisas sahələri üzrə həkimlərin birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Natiqlər akademik Zərifə Əliyevanın xatirəsinin hər zaman böyük ehtiramla yad edildiyini, onun elmi irsinin və peşəkar dəyərlərinin müasir tibb mütəxəssisləri üçün mühüm yol xəritəsi olduğunu bildiriblər.

            Rəsmi hissədən sonra görkəmli alimin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

            Konfrans işini panel müzakirələri ilə davam etdirib. Sessiyalarda qadın sağlamlığının qorunması, erkən diaqnostika, reproduktiv sağlamlıq, müasir müalicə protokolları, hamiləliyin izlənilməsi, ginekoloji xəstəliklərin profilaktikası və multidissiplinar tibbi yanaşmalar kimi mövzularda tanınmış həkim və mütəxəssislər çıxış ediblər. Məruzələrdə sahə üzrə aktual çağırışlar, yeni diaqnostik imkanlar və pasiyentyönümlü tibbi xidmət modeli ətrafında geniş fikir mübadiləsi aparılıb.

            Qeyd olunub ki, qadın sağlamlığının qorunması yalnız bir ixtisas çərçivəsində deyil, ginekologiya, endokrinologiya, onkologiya, radiologiya, laborator diaqnostika, psixologiya və biologiya kimi sahələrin birgə yanaşması ilə daha effektiv təmin oluna bilər. Həmçinin maarifləndirmənin artırılması, mütəmadi tibbi müayinələr və erkən müraciətin əhəmiyyəti xüsusi vurğulanıb.

            Tədbir akademik Zərifə Əliyevanın zəngin elmi irsinin təbliği, qadın sağlamlığı sahəsində müasir yanaşmaların müzakirəsi və mütəxəssislər arasında elmi-praktiki əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi yadda qalıb.

            BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib
            BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib
            BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib
            BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib
            ELM

            Son XƏBƏRLƏR

            10.06.2026 | 14:17

            BDU tələbələri futzal üzrə Azərbaycan Tələbə Liqasında uğur qazanıblar

            10.06.2026 | 12:34

            Çinin Xi’an Shiyou Universitetinin vitse-prezidenti Zhang Rongjunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub

            10.06.2026 | 11:34

            BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

            10.06.2026 | 10:41

            BDU-nun dosenti Tariel Abbasov vəfat edib

            09.06.2026 | 15:02

            BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025