BDU-nun əcnəbi tələbəsi “Huawei İKT Müsabiqəsi”nin milli imtahan mərhələsinə vəsiqə qazanıb

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin əcnəbi tələbəsi Jean-Lucien Fouf-Kagna Grebaye dekabrın 7-də “Huawei” şirkətinin təşkilatçılığı, UNESCO-nun Qlobal Bacarıqlar Akademiyasının tərəfdaşlığı ilə ali məktəb tələbələri üçün “Huawei İKT Müsabiqəsi 2025-2026" (Huawei ICT Competition) müsabiqəsinin "Şəbəkə istiqaməti" ("network track") üzrə milli imtahan mərhələsinin final turuna vəsiqə qazanıb.
Belə ki, tələbəmiz bu mərhələni uğura başa vurduğu təqdirdə milli imtahanda Azərbaycandan seçilən üç tələbədən biri olaraq dekabrın 23-də ölkəmizi müsabiqənin Yaxın Şərq və Mərkəzi Asiya üzrə regional mərhələsində təmsil edə biləcək.