BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasının dosenti, yazıçı Reyhan Şıxlinskayanın (Yusifqızı) oxucularla görüşü və imza saatı keçirilib.
Əvvəlcə tanınmış yazıçının ssenari müəllifliyi ilə hazırlanmış qəhrəmanlıq mövzusundakı “İgid şahin” animasiyası, sonra isə Azərbaycanda ilk animasiya serialı olan “Balaş”ın bir neçə seriyası izləyicilərə təqdim olunub.
Görüşün davamında Reyhan Yusifqızı uşaq və yeniyetmələr üçün olan 30-dan çox bədii kitabı barədə məlumat verib, tələbə və gənclər üçün yazdığı hekayələrin əsas obrazlarından və qələmə aldığı hadisələrdən söz açıb.