BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Astrofizika kafedrası Novruz bayramının astronomik izahını verib

            BDU-nun Astrofizika kafedrası Novruz bayramının astronomik izahını verib

            ELM 19 Mart 2024 15:49

            BDU-nun Astrofizika kafedrası Novruz bayramının astronomik izahını verib

            Novruz bayramı Azərbaycan xalqının ən əlamətdar və tarixi bayramlarından biridir. Lakin bu bayramın məhz astronomik hadisələrlə əlaqəli olduğu haqda çox az məlumat verilir.

            Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası Novruz bayramının astronomik izahını verib.

            Miladdan əvvəl III minillikdə artıq qədim şumerlər göydə 5 planeti (Merkuri, Venera, Mars, Yupiter və Saturn) ulduzlardan fərqləndirə bilirdilər. Qədim misirlilər və yunanlar göydə olan ulduzları qruplaşdıraraq bürclərə bölüb, onları hansısa canlılara oxşadaraq ad veriblər. Bir çox bürclərin adları bizə məhz onlardan qalıb.

            Bəs yaz bərabərliyi günü haradan meydana gəlib? Niyə həmin gun bu qədər əhəmiyyətlidir?

            Yer öz diametrlərinin biri ətrafinda təqribən 24 saatda bir dövr etməsi ilə yanaşı, həm də Günəş ətrafında ellips boyunca kifayət qədər böyük sürətlə (30 km/san) hərəkət edir. Lakin biz - Yerdəki müşahidəçilər bu fırlanmanı hiss etmirik. Bizə elə gəlir ki, sanki Günəş yer ətrafında firlanır. Günəş müxtəlif bürclərdən keçərək Yerin ətrafında bir ellips cızır. Günəşin il ərzində ulduzlar arasında cızdığı bu yola ekliptika deyilir. Ekliptika boyunca hərəkəti zamanı Günəş 12 bürcdən keçir. Bu bürclərə zodiak bürcləri deyilir. Zodiak sözü yunan dilindən tərcümədə “zod” - canlı, “diak” - dairə, çarx, yəni, canlılar dairəsi deməkdir. Diqqət yetirsək, bir çox bürcər məhz canlı aləmlə bağlıdır.

            Əslində zodiak 12 bürcdən deyil, 13 bürcdən ibarətdir. 13-cü bürc Ovsunçu bürçü adlanır. Lakin bu bürcün cəmi 1 ulduzu ekliptikanı kəsdiyi üçün onu zodiak bürclərinə daxil etməmişdilər.

            Beləliklə, ekliptika boyunca hərəkət zamanı Günəş ekliptikaya nəzərən 23,5° dərəcəlik bucaq altında yerləşən və Göy ekvatoru adlanan böyük bir dairə ilə 2 nöqtədə kəsişir. Bu kəsişmə nöqtələrinə bərabərlik nöqtələri deyilir: Yaz bərabərliyi nöqtəsi və payız bərabərliyi nöqtəsi. Qədim zamanlarda Yaz bərabərliyi nöqtəsi Qoc bürcündə yerləşirdi. Hazırda bu nöqtə Balıqlar bürcündədir. Gələcəkdə isə Dolça bürcünə doğru sürüşəcək. Bu nöqtənin sürüşməsinə səbəb Yer oxunun presessiyası hadisəsidir.

            Bəs Yaz bərabərliyi nöqtəsinə Günəşin gəlməsi hansı hadisəyə səbəb olur? Bu sualı cavablandırmaq üçün yerdə fəsillərin əmələ gəlməsinə baxaq.

            Yerdə fəsillərin əmələ gəlməsinin 3 səbəbi var:

            1.    Yerin firlanma oxunun onun orbitinə meylli olması;

            2.    Yerin fırlanma oxunun fəzada öz vəziyyətini saxlaması;

            3.    Yerin Günəş ətrafında dolanması.

            Məhz bu səbəblərdən Yerdə fəsillər bir-birini əvəz edir. Məsələn, Uran planetində onun fırlanma oxu hərəkət müstəvisində yerləşdiyi üçün bu planetdə fəsillər olmur.

            Yer oxunun meylli olması ona gətirir ki, müəyyən dövrdə Yerin şimal qütbü,  müəyyən dövrlərdə isə cənub qütbü daha çox Günəşə doğru dönmüş olur. Günəşə doğru yönəlmiş yarımkürədə yay fəsli, əks yarımkürədə isə qış fəsli yaşanır. Yer Günəş ətrafinda hərəkət etdikcə bu fəsillər bir-birini əvəz edir. Lakin orbitin müəyyən nöqtələrində Yerin firlanma oxu elə yerləşir ki, Günəşdən gələn şüalar hər iki yarımkürəyə eyni qədər düşür. Bu zaman yaz və payız fəsilləri əmələ gəlir. Beləliklə, Günəş yaz bərabərliyi nöqtəsinə gələndə qütblər istisna olmaqla Yer kürəsinin bütün hissələrində gecə gündüzə bərabər olur. Yerin Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə astronomik payız başlayır. Bu hadisə məhz 20-21 mart tarixlərinə uyğun gəlir. Bu il Azərbaycanda astronomik yaz martın 20-də, Bakı vaxtı ilə saat 07:06:21-də başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

            Ümumiyyətlə, adi illərdə yaz bərabərliyi günü əvvəlki ilə nisbətən təxminən 5 saat 49 dəqiqə gec, uzun il üçün  isə əvvəlki ilə nisbətən 18 saat 11 dəqiqə tez baş verir.

            Növbəti iki il ərzində də astronomik yazın gəlişi 20 marta təsadüf edəcək.

            Yaz bərabərliyi nöqtəsi astronomlar üçün vacib bir nöqtədir. Bu nöqtəyə görə Ulduz vaxtı adlanan və astronomiyada istifadə olunan zaman vahidi tapılır.  Digər tərəfdən, bu nöqtəyə görə bütün göy cisimlərinin koordinatları təyin olunur.

            Bir çox təqvimlərdə (qədim Çin, Hindistan) yaz bərabərliyi günü təqvimin başlanğıcı kimi qəbul edilib.

            Baharın gəlişini və təbiətin yenidən oyanışını xəbər verən, eyni zamanda bolluq və bərəkətin rəmzi olan Novruz Azərbaycan xalqına sülh və əmin-amanlıq gətirsin.

            Novruz bayramınız mübarək olsun!

            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025