BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-nun Astrofizika kafedrası: “İyulun sonu α-Kaprikornid meteor yağışı müşahidə olunacaq”

            BDU-nun Astrofizika kafedrası: “İyulun sonu α-Kaprikornid meteor yağışı müşahidə olunacaq”

            ELM 7 İyul 2026 13:02

            BDU-nun Astrofizika kafedrası: “İyulun sonu α-Kaprikornid meteor yağışı müşahidə olunacaq”

            İyulun sonu α-Kaprikornid (Alpha Capricornids) meteor yağışı müşahidə olunacaq.
            Bakı Dövlət Universtetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, meteor axını iyulun əvvəlindən avqustun 15-dək aktiv olacaq və maksimum aktivliyinə iyulun 30-u Bakı vaxtı ilə saat 17:00-da çatacaq. Azərbaycanda isə ən əlverişli müşahidə şəraiti 30 iyul axşamı-31 iyul gecəsi yaranacaq.
            α-Kaprikornid meteor axınının radiantı Oğlaq (Capricornus) bürcündə yerləşir. Bakı şəhərindən baxdıqda radiant gecə boyu üfüqdən yuxarıda olduğuna görə meteorları bütün gecə ərzində müşahidə etmək mümkündür. Bununla belə, ən əlverişli müşahidə vaxtı gecə saat 01:00 radələri hesab olunur. Həmin vaxt radiant səmanın ən yüksək nöqtəsinə qalxır və Yerin fırlanması nəticəsində müşahidəçi meteor axınının istiqamətinə daha optimal vəziyyətdə yerləşir.
            Meteor yağışının maksimumunda ideal şəraitdə zenit saatlıq meteor sayı (ZHR) təxminən 5 meteor/saat təşkil edir. Lakin Bakı enliklərində radiantın maksimum hündürlüyü cəmi 39° olduğundan real müşahidələr zamanı saatda orta hesabla 3 meteor görmək mümkün olacaq.
            Bu il müşahidələr üçün əsas əlverişsiz amillərdən biri Ayın fazasıdır. Meteor yağışının maksimumu zamanı Ay tam fazadan cəmi iki gün sonrakı mərhələdə olacaq və güclü Ay işığı zəif meteorların görünməsini xeyli çətinləşdirəcək. Buna baxmayaraq, α-Kaprikornid meteor axını bəzən çox parlaq, uzun iz buraxan "od topu" (fireball) tipli meteorları ilə tanındığından, parlaq meteorları müşahidə etmək yenə də mümkün olacaq.
            α-Kaprikornid meteorlarının digər fərqləndirici xüsusiyyəti onların nisbətən yavaş hərəkət etməsidir. Bu meteorlar Yer atmosferinə təxminən 23 km/s (təxminən 82 800 km/saat) sürətlə daxil olur.
            Meteor yağışları Yer Günəş ətrafındakı hərəkəti zamanı komet və ya asteroidlərin orbit boyunca səpələdiyi toz və kiçik qaya hissəcikləri ilə qarşılaşdıqda yaranır. Atmosferə saniyədə on kilometrlərlə sürətlə daxil olan bu hissəciklər təxminən 70–100 km yüksəklikdə yanaraq işıqlı iz əmələ gətirir və xalq arasında "axan ulduz" kimi tanınan hadisəni yaradır.
            α-Kaprikornid meteor axınının mənbəyi 169P/NEAT dövri kometi hesab olunur. Bu komet Günəş ətrafında təxminən 4,2 ildə bir tam dövr edir və Yupiter kometləri ailəsinə daxildir. Meteor yağışının digər maraqlı xüsusiyyətlərindən biri də aktiv kometlərlə müqayisədə nisbətən zəif qaz və toz aktivliyi nümayiş etdirməsidir. Keçmişdə orbiti boyunca buraxdığı toz hissəcikləri bu gün də Yer orbitini kəsərək hər il α-Kaprikornid meteor yağışının yaranmasına səbəb olur.
            Meteor yağışını izləmək üçün teleskop və ya durbindən istifadə tələb olunmur. Ən yaxşı müşahidə şəhər işıqlarından uzaq, üfüqü açıq və qaranlıq ərazilərdə aparılır. Müşahidə zamanı baxışı birbaşa radiant nöqtəsinə deyil, ondan təxminən 30–40° kənarda yerləşən səma sahəsinə yönəltmək daha məqsədəuyğundur. Bu üsul daha çox meteor müşahidə etməyə imkan verir.
            ELM

            Son XƏBƏRLƏR

            07.07.2026 | 14:08

            BDU-da “Bioinformatika” ixtisaslaşması açılır

            07.07.2026 | 10:31

            BDU-də xurma genotiplərinin biokimyəvi və molekulyar-genetik xüsusiyyətləri öyrənilir

            06.07.2026 | 17:21

            BDU-nun Jurnalistika fakültəsində “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması yaradılır

            06.07.2026 | 15:02

            BDU-da “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” adlı yeni ixtisaslaşma açılır

            06.07.2026 | 12:28

            BDU-da Birinci Türkoloji Qurultayın 100 illiyi silsilə tədbirlərlə qeyd olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025