BDU-nun “Akademik Yusif Məmmədəliyev” məqsədli təqaüdünün nəticələri açıqlanıb

Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin bakalvriat və magistratura səviyyələrinin tələbələri üçün təsis olunan “Akademik Yusif Məmmədəliyev” məqsədli təqaüdünün nəticələri açıqlanıb.
Təqaüdə Kimya fakültəsinin “Kimya müəllimliyi” ixtisası üzrə təhsil alan II kurs bakalavr tələbəsi Zeynəb Mirzəyeva (ÜOMG 98) və “Analitik kimya ixtisaslaşması” üzrə təhsil alan II kurs magistr tələbəsi Fidan Tağıyeva (ÜOMG 99,8) layiq görülüb.
Qeyd edək ki, “Akademik Yusif Məmmədəliyev” məqsədli təqaüdünün təsis edilməsi haqqında qərar BDU Elmi Şurasının 2025/2026-cı tədris ili üzrə ilk iclasında qəbul olunub.