BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            SOSİAL 5 Dekabr 2025 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

            BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov Universitetin Yaponiyanın ali təhsil müəssisələri ilə əməkdaşlığının genişləndiyini və bu əlaqələrin inkişafında Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının böyük rolu olduğunu qeyd edib. O  bildirib ki, 2000-ci ildən BDU-nun Şərqşünaslıq fakültəsində yapon dili tədris olunmağa başlayıb. BDU tələbələri yapon dili ilə yanaşı, yapon ədəbiyyatını, coğrafiyasını, iqtisadiyyatını, mədəniyyətini öyrənir, ildən-ilə bu sahəyə maraq daha da artmaqdadır. Şahin Pənahov eyni zamanda BDU-nun təşkilatçılığı ilə mütəmadi olaraq yapon dili üzrə natiqlik müsabiqələrinin təşkil edildiyini də diqqətə çatdırıb.

            Yaponiyanın ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri Katsuya Vatanabe Azərbaycan və Yaponiya arasında münasibətlərin inkişafında xüsusi yer tutan Şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının işini yüksək qiymətləndirib, kafedrada yapon dilinin tədrisinin yüksək səviyyədə olduğunu vurğulayıb. Səfir gələcəkdə bu məzunların ixtisasları üzrə işləyərək Yaponiyanın mədəniyyətini təbliğ etməyə böyük töhfə verəcəyini vurğulayıb. 

            Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan fakültənin Yaponiyanın bir sıra universitetləri ilə əməkdaşlıq etdiyini, yapon dilinin öyrənilməsi sahəsində çoxşaxəli iş aparıldığını bildirib: “Ümid edirəm ki, yapon dili üzrə mütəxəssislərin sayı ildən-ilə artacaq və Yaponiya ilə olan möhkəm bağlarımız daha da güclənəcək. Fakültəmizin yetirmələri Azərbaycan-Yaponiya əlaqələrinin inkişafında öz xidmətlərini göstərəcək və bir çox nailiyyətlərə imza atacaqlar”.

            Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəyli “Yapon dili və ədəbiyyatı” ixtisasının yaranmasının 25 illik tarixi haqqında hesabat verib. 

            Tədbirdə Ərəb filologiyası kafedrasının müdiri, professor Vüqar Qaradağlı, Ərəb filologiyası kafedrasının məsləhətçi professoru Elxan Əzizov, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Mehdi Kazımov, Dünya ədəbyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı, professor Sahib Fərzəliyev, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının yapon dili üzrə baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ellada Məmmədova, Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Rəşad Quluzadə çıxış ediblər. Eləcə də “Yapon dili və ədəbiyyatı” ixtisası üzrə xarici ölkələrdə yaşayan məzunların video-təbrikləri izlənilib.

            Tədbirdə tələbələrin ifasında yapon dilində mahnılar ifa olunub. 

            Sonda Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe “Yapon dili və ədəbiyyatı” ixtisasının 25 illik yubileyi münasibətilə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan və Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyliyə sertikifat təqdim edib. 

            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025