BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

            BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

            ELM 23 Aprel 2024 15:55

            BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

            Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan “Azərbaycanda müəlliflik hüququ: tarix, ənənə, təcrübə” mövzusunda məruzə edib. Tədqiqatçı əvvəlcə Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin irsində kitab, müəllif, müəllif hüququ anlayışlarını özündə əks etdirən nümunələri səsləndirib. Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün meydana gəlməsi haqqında məlumat verib.

            Azərbaycanda müəlliflik hüququ ənənələrinin uzaq dövrlərə gedib çıxdığını bildirən məruzəçi “Kitabi-Dədə Qorqud” dastanının buna ən yaxşı nümunə olduğunu qeyd edib. Dastanda Dədə Qorqudun hər boydakı əhvalatların sonunda söz söyləməsini tarixi abidəyə öz möhürünü vurması kimi səciyyələndirib. Bu ənənənin sonralar istər aşıq yaradıcılığında, istərsə də klassik yazılı ədəbiyyatda şeirlərin son bənd və son beytlərindəki möhürbəndlə davam etdirildiyini xatırladan Knyaz Aslan bütün bunların müəlliflik hüququ anlamına uyğun gəldiyini söyləyib.

            Məruzədə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə hər il keçirilən tədbirlərdə müəlliflərin, kitab ticarətçilərinin, nəşriyyat şirkətlərinin, rəssamların, tərcüməçilərin iştirak etdiyi, bu tədbirlər vasitəsilə keçmişlə gələcək arasında varislik əlaqəsinin yaradıldığı, nəsillərin və mədəniyyətlərin inteqrasiyasının bütövlükdə bəşəriyyətə xidmət etdiyi vurğulanıb.

            Məruzədə bu əlamətdar günün ölkəmizdə 1997-ci ildən başlayaraq qeyd olunduğu xatırladılıb. Bildirilib ki, ölkəmiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatına, eyni zamanda müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində beynəlxalq konvensiya və müqavilələrə qoşulub. Ölkəmizdə bu sahədə hüquqi baza formalaşdırılıb, Ulu Öndər Heydər Əliyev tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunları imzalanıb.

            Tədqiqatda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti geniş şərh edilib, bu sahədə dövlət siyasəti barədə məlumatlar diqqətə çatdırılıb.

            Elmi seminar müzakirələrlə davam etdirilib, məruzəçiyə çoxsaylı suallar ünvanlanıb.

            BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar
            BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar
            ELM

            Son XƏBƏRLƏR

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025