BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

            BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

            SOSİAL 25 Aprel 2024 11:45

            BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

            Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı və “Z.Xəlilov küç. 33” (Bakı Dövlət Universiteti) ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

            Giriş nitqi ilə çıxış edən “Z.Xəlilov küç. 33” (Bakı Dövlət Universiteti) ərazi partiya təşkilatının sədri, professor Zahid Cəfərov bildirib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə yaranan ictimai-siyasi sabitlik şəraitində ardıcıl və düşünülmüş yeni ekoloji siyasətin aparılmasına başlanılıb. Ümummilli Liderin ekoloji siyasət strategiyası onun çıxışlarında, nitqlərində aydın ifadə olunub və ölkə qanunvericiliyində öz əksini tapıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

            YAP-ın Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi tarixi hadisə, Azərbaycana göstərilən böyük etimaddır. Bu etimadın təməlində isə Ulu Öndər Heydər Əliyev siyasətini, ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dayanır. Qeyd olunub ki, Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarını təmin etmək naminə təbii ehtiyatlardan səmərəli istifadə etməkdir.

            BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev diqqətə çatdırıb ki, Heydər Əliyev ekoloji siyasət strategiyasında ağac əkmək, meşələri, yaşıllıqları qorumaq işlərinə hər zaman geniş yer verib. Ulu Öndərin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasətinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ekologiyanın mühafizəsi sahəsində yeni uğurların əldə olunmasına təkan verib.

            BDU-nun Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov isə bildirib ki, ölkəmizdə 2003-cü ildə “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli Proqram” qəbul olunub. Minilliyin inkişaf məqsədlərindən biri olan davamlı inkişaf prinsipləri dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilir. Bu istiqamətdə çirklənmiş ərazilərin bərpası, meşə ilə örtülü ərazilərin artırılması, bitki və heyvanat aləminin qorunması, quru ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər dənizinin sahillərinin, sularının, canlı aləminin mühafizəsi, iqlim dəyişikliklərinin zərərli təsirlərinin azaldılması başlıca fəaliyyət proqramı kimi həmişə diqqət mərkəzindədir.

            BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025