BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib

            BDU-da “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib

            20 Dekabr 2021 11:21

            BDU-da “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib

            Bu gün Bakı Dövlət Universiteti (BDU) və İsrailin Holon Texnologiya İnstitutunun (HİT) birgə təşkilatçılığı ilə BDU-da “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib.

            Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Açılış mərasimində Lütfizadənin həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş olunub.

            Konfransda Odlar yurdu Azərbaycanın əsrarəngiz gözəllikllərinə əks etdirən video-təqdimat və BDU-nun infoturu təqdim edilib.

            Açılış mərasimində BDU-nun rektoru Elçin Babayev giriş sözü çıxış edərək elmi konfransın işinə uğurlar arzulayıb. Rektor Elçin Babayev dahi alim Lütfi Zadənin həyatı və elmi tədqiqatlarından bəhs edərək onun elmi ideya və nəzəriyyələri haqqında məruzə ilə çıxış edib. Lütfi Zadənin zəngin elmi fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də hər zaman yüksək qiymətləndirildiyini, Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Prezidentin 2021-ci il 25 yanvar tarixli Sərəncamını qeyd edib. Böyük alimin həm ölkəmizdə, həm də dünya miqyasında öz layiqli qiymətini aldığını, onun zəngin elmi fəaliyyətinə görə nüfuzlu mükafatlara layiq görüldüyünü deyib. Lütfi Zadənin nəzəriyyələrinin elm və istehsalatda geniş şəkildə tətbiq olunmasından, elmdə inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsinin dünya elminə, texnologiyaya geniş nüfuz etməsindən bəhs edib. Alimin irəli sürdüyü və inkişaf etdirdiyi nəzəriyyələrin müxtəlif elm sahələrinin, süni intellekt sahəsində tədqiqatların inkişafına böyük təkan verdiyini və bu nəzəriyyələrin üstün intellektual texnologiyalara güclü təsir göstərərək müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynadıqlarını vurğulayıb.

            Videobağlantıya qoşulan İsrailin Holon Texnologiya İnstitutunun (HİT) prezidenti, professor Eduard Yakubov konfransın işinə uğurlar arzulayıb, elm və təhsil inteqrasiyasına həsr olunmuş beynəlxalq konfransdan müsbət nəticələr gözlədiyini vurğulayıb.

            Daha sonra Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Əli Abbasov, Microsoft şirkətinin Azərbaycan nümayəndəliyinin baş direktoru Qaçay Mirzəyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Fazi iqtisadiyyatı laboratoriyasının rəhbəri, professor Qorxmaz İmanov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyasının müdiri Ramin Rzayev, Latviya Universitetinin professoru Aleksandr Sostak, Serbiyanın Nis Universitetinin professoru Ljubisa Koçinak çıxış ediblər.

            Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent Oqtay Babazadə çıxış edərək rejissoru olduğu “Uzaq və yaxın Lütfi Zadə” filminin çəkilişləri və Lütfi Zadə ilə görüşləri haqqında danışıb, xoş xatirələrindən bəhs edib.

            Ailə üzvləri adından çıxış edən Azərbaycanın Respublikasının xalq artisti, professor Cənnət Səlimova konfransın təşkilinə görə BDU-ya və tədbirdə iştirak edən bütün qonaqlara minnətdarlığını bildirib, xatirələrini bölüşüb.

            Plenar iclasda Serbiyanın Nis Universitetinin alimi Ljubisa Koçinak “Qeyri-səlis və yumşaq topoloji fəzalarda seçici xüsusiyyətlər”, Rusiya Elmlər Akademiyasının Federal Tədqiqat Mərkəzinin professoru Aleksey Averkin “Konneksionist və simvolik sistemləri arasında körpü olan qeyri-səlis sistemlərə müasir yanaşma”, Latviya Universitetinin professoru Aleksandr Sostaks “Qeyri-səlis əlaqələr müxtəlif riyazi strukturların qeyri-səlisləşdirilməsi üçün bir əsas kimi”, Türkiyənin Hacettəpə Universitetinin alimi Çağdaş Hakan Aladağ “Üzvlük dəyərlərinə əsaslanan Model Qiymətləndirmə Meyarı” mövzusunda məruzə ediblər.

            Konfransın məqsədi görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlyevin 2021-ci il 25 yanvar tarixli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar Lütfi Zadə irsini öyrənmək,  qeyri-səlis məntiq, süni intellekt sahəsində prioritet istiqamətləri üzə çıxarmaq, innovativ layihələri müəyyənləşdirmək, bu sahədə dünyanın aparıcı mütəxəssisləri ilə təcrübə mübadilələri aparmaq, gənc tədqıqatçıları elmi araşdırmalara təşviq etmək, elmi tədqiqat işlərinin nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdir.

            BDU-da “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib
            BDU-da “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib
            BDU-da “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib
            BDU-da “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib
            BDU-da “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib
            BDU-da “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib
            BDU-da “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025