BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

            BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

            SOSİAL 16 May 2026 20:10

            BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

            Bakı Dövlət Universitetində (BDU) Türk dünyasının musiqi brendi, türk mədəniyyəti və irsinin səfiri olan “Turan” ansamblının mühazirə-konserti keçirilib.

            Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunan konsert Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunub.

            Konsert proqramında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iştirakçıları qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib, bu günün milli ruhun gücünü, azadlığa sədaqəti və Vətən sevgisini ifadə etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir və bütün Türk dünyasının inkişafına mühüm töhfələr verir. O,  Türk Mədəniyyəti və İrsi Fondunun BDU ilə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində bir sıra mühüm layihələrin həyata keçiriləcəyini bildirib. Aktotı Raimkulova “Turan” ansamblının musiqi və incəsənətin ortaq dili ilə xalqlarımız arasında körpü yaratdığını diqqətə çatdırıb.

            BDU rektoru Elçin Babayev isə hazırda Türk dünyasının ən güclü və möhtəşəm dövrünü yaşadığını qeyd edib. O bildirib ki, Türk dünyasının liderləri xalqlarımızın gələcək inkişafı naminə mühüm qərarlara imza atırlar. Rektor Türk dünyasının zəngin mədəni irsinin təbliği, ortaq mədəni dəyərlərinin qorunması, gələcək nəsillərə ötürülməsi üçün birgə tədbirlərin önəmini vurğulayıb, konsertdə BDU-nun müəllim və tələbələri ilə yanaşı, Qazaxıstandan olan tələbələrin də iştirak etdiyini diqqətə çatdırıb.

            Sonra “Turan” ansamblının üzvləri alqışlarla səhnəyə dəvət olunublar. Proqram çərçivəsində ansambl üzvləri tamaşaçıları türk xalqlarının milli musiqi ailətləri ilə tanış edib, həmin xalqların musiqilərini səsləndiriblər. Onlar yalnız musiqi əsərlərini ifa etməklə kifayətlənməyib, qrupun yaranma tarixi, ənənəvi musiqi alətlərinin mənşəyi, onlarla bağlı rəvayətlər və hazırlanma incəlikləri barədə ətraflı məlumat veriblər. Hər bir əsər onun bədii və mənəvi məzmununu açıqlayan dolğun izahlarla müşayiət olunub, sənətçilərlə tamaşaçılar arasında canlı ünsiyyət qurulub. Konsert proqramında musiqi kollektivinin ifasında Azərbaycanın “Ay Laçın” xalq musiqisi də səslənib.

            “Turan” ansamblının hər ifası tamaşaçılarda böyük coşğu yaradıb. Sonda BDU rektoru Elçin Babayev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və ansambl üzvlərinə təşəkkürnamə təqdim edib.

            Bu günə qədər ansambl dünyanın 130-dan artıq şəhərində 4000-dən çox konsert verib. Cəmi 5 üzvdən ibarət olan ansambl türk xalqlarının 60-dan artıq ənənəvi musiqi alətində ifa edə bilir və bütün türk dillərində musiqilər səsləndirir. İndiyədək ansambl tərəfindən 200-ə yaxın mühazirə-konsert təşkil olunub. Ansambl Türk dünyasının folklor musiqi sənətinin qorunması və inkişafına mühüm töhfə verir, gənclərdə ənənəviliyə maraq oyadır, milli kimlik hissini möhkəmləndirir və onların mənəvi zənginləşməsinə xidmət edir.

            BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
            BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
            BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
            BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
            BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
            BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            09.06.2026 | 15:02

            BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü keçirilib

            09.06.2026 | 13:29

            Misirin Azərbaycandakı səfiri BDU-da

            09.06.2026 | 12:54

            BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

            09.06.2026 | 10:38

            BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub

            08.06.2026 | 21:51

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025