BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir

            BDU-da “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir

            SOSİAL 18 Dekabr 2025 13:16

            BDU-da “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir

            Bakı Dövlət Universitetinin Geologiya fakültəsi və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

            Sonra müasir Azərbaycanın inkişaf yolunu özündə əks etdirən videoçarx nümayiş etdirilib.

            BDU-nun Geologiya fakültəsinin dekanı Mamoy Mansurov “Konstitusiya və Suverenlik İli”nin ölkəmizin müasir tarixində xüsusi yerə malik olduğunu bildirib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən konstitusion prinsiplər bu gün ölkənin siyasi, iqtisadi və sosial həyatının dayanıqlı inkişafını təmin edir. Ümummilli Liderin müəyyən etdiyi strateji xətti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ölkəmizi regionun ən güclü hüquqi dövlət modellərindən birinə çevirib”.

            Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini İlqar Quliyev çıxışında ali təhsilin dövlətçilik ideyalarının təbliğində mühüm rolundan danışıb. Qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu cür tədbirlər tələbələrin yalnız peşəkar mütəxəssis kimi deyil, vətənpərvər, hüquqi və siyasi baxımdan məlumatlı vətəndaş kimi formalaşmasına xidmət edir. O, Geologiya fakültəsində tədrisin müasir tələblərə uyğun qurulduğunu, elmi biliklərlə yanaşı, milli-mənəvi dəyərlərin də tələbələrə aşılandığını bildirib.

            Milli Məclisinin Gənclər və idman komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov qeyd edib ki, qalib lider faktoru Azərbaycanın dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməllər üzərində formalaşıb: “Ulu Öndərin qurucu siyasəti müstəqil Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Nəticədə ölkəmizin beynəlxalq nüfuzu davamlı şəkildə artmaqdadır”.

            YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ölkəmizin artan beynəlxalq nüfuzunun Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik siyasətinin məntiqi nəticəsi olduğunu deyib. Qeyd edib ki, onun formalaşdırdığı güclü idarəetmə modeli müasir Azərbaycanın dayanıqlı inkişafını təmin etdi. Prezident İlham Əliyev bu siyasi xətti yeni reallıqlara uyğun şəkildə zənginləşdirib. Ölkəmizin qazandığı zəfərlər beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyimizin təsdiqinə çevrildi.

            Milli Məclisinin üzvləri Samir Vəliyev, Mahir Süleymanlı, BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif  Babazadə, YAP Yasamal rayon “Z.Xəlilov küç. 33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, professor Zahid Cəfərov Azərbaycanın son onilliklərdə keçdiyi uğurlu yolun ideoloji əsasının Ulu Öndər Heydər Əliyevin qurucu siyasəti ilə müəyyənləşdirildiyini və Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu siyasətin xalqın iradəsinə söykəndiyini vurğulayıblar.

            Tədbirin sonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP-ın ictimai-siyasi həyatındakı fəaliyyətinə görə bir qrup BDU əməkdaşı Fəxri fərmanla təltif olunub.

            BDU-da “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir
            BDU-da “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir
            BDU-da “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir
            BDU-da “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir
            BDU-da “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir
            BDU-da “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir
            BDU-da “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir
            BDU-da “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir
            BDU-da “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir
            BDU-da “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir
            BDU-da “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir
            SOSİAL

            Son XƏBƏRLƏR

            18.12.2025 | 14:51

            BDU-da Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin uşaqları üçün ekskursiya və aqro-təlim

            18.12.2025 | 14:48

            BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya üzrə elm müsabiqəsi”nin nəticələri açıqlanıb

            18.12.2025 | 14:46

            BDU-nun “Akademik Yusif Məmmədəliyev” məqsədli təqaüdünün nəticələri açıqlanıb

            18.12.2025 | 14:07

            BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş II Beynəlxalq elmi konfrans keçirilir

            18.12.2025 | 13:34

            BDU-da “Akademik Yusif Məmmədəliyev auditoriyası” açılıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025