BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş

            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş

            SOSİAL 14 May 2026 16:04

            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş

            Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin sayca beşinci görüşü keçirilib. Layihənin budəfəki qonağı Əməkdar jurnalist, yazıçı-publisist Flora Xəlilzadə “Müasir dövrün publisistikası” mövzusunda danışıb.

            BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova parlaq söz və fikir adamı olan Flora Xəlilzadənin Jurnalistika fakültəsinə daim bağlı olduğunu deyib. Əməkdar jurnalistin Nəsir İmanquliyev işığına toplaşan tələbələr üçün istər xatirələri, istər təcrübəsi, istərsə də yaradıcılığı ilə dəyərli töhfə verəcəyinə inamını ifadə edib, onları bu görüşdən maksimum yararlanmağa çağırıb.

            Daha sonra Flora Xəlilzadə professor Nəsir İmanquliyev ilə bağlı xatirələrini bölüşüb. Nəsir İmanquliyevin tələbələrin dostu, nəcib insan, dəyərli professor və əsl jurnalist kimi milli jurnalistikamızda unudulmaz iz qoyduğunu deyən Əməkdar jurnalist onun məktəbinin yetirmələrini “xoşbəxt” adlandırıb: “Nəsir İmanquliyev sovet dövrünün bütün qadağalarına baxmayaraq, tələbə jurnalistlərə milli mətbuatımızı aşılayır, kimliyimizi unutdurmurdu. O, daim tələbələrin yanında idi, onları ürəkləndirir, seçdikləri peşəyə, işə həvəsləndirirdi. “Bakı” və “Baku” qəzetləri tələbə yaradıcılıq emalatxanası kimi fakültə tələbələrinin ilk iş yerinə çevrilmişdi”.

            Nəsir İmanquliyevin qoyduğu peşəkarlıq izi ilə gedənlərin heç zaman büdrəmədiyini deyən Flora Xəlilzadə bugünkü publisistikamızda hələ də onun izlərinin yaşadığını qeyd edib: “Müasir publisistikada da hər şey ənənəviliyə dayanmalıdır. Bünövrəsiz bina tikilmədiyi kimi, ənənələrimizi tərk edərək müasirliyə qaça bilmərik. Amma yenilikdən də geri qalmamalıyıq. Əsl jurnalist bu balansı qorumalıdır”.

            Flora Xəlilzadə fakültənin Famil Mehdi, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov kimi korifey müəllimlərinin adını çəkərək onlardan əsl vətəndaşlıq mövqeyi, milli kimlik dərsləri aldıqlarını, ədəbi redaktənin əsaslarını öyrəndiklərini bildirib: “Jurnalist dilimizə, onun ədəbi və üslubi qaydalarına tam hakim olmalıdır. Öz ana dilində düzgün yaza bilməyən, janrları tanımayan və ən əsası, publisistikadan keçməyən şəxslər peşəkar jurnalist ola bilməzlər. Bu baxımdan ali təhsilimizin bayraqdarı olan BDU-nun Jurnalistika fakültəsi ən yaxşı məktəbdir”.

            Görüşün davamında tələbələrin sualları cavablandırılıb.

            Sonda çıxış edən BDU-nun Milli mətbuat tarixi kafedrasının professoru Qərənfil Quliyeva və Jurnalistika fakültəsinin THİK sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə uğurla keçirilən layihənin hər görüşünün tələbə jurnalistlərdə xoş təəəssürat yaratdığını deyiblər.

            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş
            BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş
            SOSİAL

            Son XƏBƏRLƏR

            22.05.2026 | 17:33

            BDU alimləri Qazaxıstanda Beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

            22.05.2026 | 16:35

            İyunun 1-dən BDU-da yaz imtahan sessiyası başlayacaq

            22.05.2026 | 14:26

            BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

            22.05.2026 | 14:09

            BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

            21.05.2026 | 19:45

            BDU WUF13 çərçivəsində Biznes və İnnovasiya Mərkəzi platformasında innovativ layihələrlə çıxış edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025