BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da professor Nadir Məmmədlinin ustad dərsi

            BDU-da professor Nadir Məmmədlinin ustad dərsi

            ELM 10 Mart 2026 15:25

            BDU-da professor Nadir Məmmədlinin ustad dərsi

            Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə  27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş tədbirlər çərçivəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin "Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" mövzusunda ustad dərsi keçirilib.

            Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva “Elm günü”nün əhəmiyyətindən danışıb. Bildirib ki, elm yalnız laboratoriyalarda və kitabxanalarda aparılan tədqiqat deyil. Elm həm də cəmiyyətin düşüncə tərzini formalaşdıran, həqiqəti axtaran və insanlığı daha işıqlı gələcəyə aparan bir qüvvədir. Buna görə də alimlərin zəhməti hər zaman böyük hörmət və ehtirama layiqdir. O, qonaq, tanınmış alim Nadir Məmmədli haqqında da tələbələrə ətraflı məlumat verib, onun 13 kitab, 5 monoqrafiya, 100-dən artıq elmi, 200-ə qədər publisistik məqalə müəllifi, "Filologiya məsələləri" elmi jurnalının redaksiya heyətinin üzvü olduğunu vurğulayıb.

            Nadir Məmmədli qeyd edib ki, müasir dövrdə elmi və rəsmi ünsiyyətdə Azərbaycan dilinin düzgün, aydın və terminoloji baxımdan dəqiq işlədilməsi böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, akademik mühitdə dil normalarına riayət olunması elmi fikrin daha sistemli və anlaşıqlı şəkildə təqdim edilməsinə imkan yaradır. Eyni zamanda, işgüzar kommunikasiya sahəsində dil mədəniyyətinin inkişafı cəmiyyətin ümumi nitq səviyyəsinin yüksəlməsinə və rəsmi ünsiyyətin daha səmərəli qurulmasına xidmət edir.

            Dilçi alim Türkoloji Qurultayın yenidən təşkil olunması prosesində iştirak edən şəxslərdən biri kimi qurultayın məqsədləri və əhəmiyyəti barədə fikirlərini bölüşüb. O bildirib ki, türk dünyasının ortaq dil, mədəniyyət və elmi irsinin araşdırılması baxımından belə platformaların fəaliyyəti mühüm rol oynayır. Bu cür qurultaylar müxtəlif ölkələrdən olan alim və tədqiqatçıları bir araya gətirərək elmi əməkdaşlığın genişlənməsinə şərait yaradır. Ortaq layihələrin həyata keçirilməsi, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və türk xalqlarının zəngin irsinin gələcək nəsillərə ötürülməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

            Sonda fakültənin dekanı Vüqar Əliyev də belə görüşlərin tələbələrin elmi dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, Türkoloji Qurultayın türk dünyasının elmi və mədəni əlaqələrinin gücləndirilməsində xüsusi rol oynadığını vurğulayıb.

            Görüş zamanı tələbələrin sualları cavablandırılıb, dilçilik elmi və türkoloji araşdırmalarla bağlı fikir mübadiləsi aparılıb.

            BDU-da professor Nadir Məmmədlinin ustad dərsi
            BDU-da professor Nadir Məmmədlinin ustad dərsi
            BDU-da professor Nadir Məmmədlinin ustad dərsi
            BDU-da professor Nadir Məmmədlinin ustad dərsi
            ELM

            Son XƏBƏRLƏR

            10.03.2026 | 16:09

            BDU-da elmi seminar: “Mədəni irs nümunələrinin mühafizəsində kitabxanaların rolu”

            10.03.2026 | 14:48

            “BDU könüllüləri” tərəfindən masaüstü tennis turniri keçirilib

            10.03.2026 | 14:36

            BDU-da “Jest dili dərsləri” proqramının yekun imtahanı keçirilib

            10.03.2026 | 14:34

            BDU-da “Qrafen oksid əsaslı nanoansamblların sintezi və tədqiqi” adlı elmi seminar

            10.03.2026 | 14:23

            BDU tələbələri idman jurnalistikasında media etikasına dair məlumatlandırılıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025