BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da professor Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

            BDU-da professor Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

            SOSİAL 19 Dekabr 2024 17:48

            BDU-da professor Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

            Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş “Çağdaş media təhsili: nəzəriyyədən təcrübəyə” adlı dəyirmi masa keçirilib.

            Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova Akif Rüstəmovun fəaliyyətinin 55 yaşlı Jurnalistika fakültəsi ilə yaşıd olduğunu deyib. O qeyd edib ki, yüksək insani keyfiyyətlərə malik Akif Rüstəmov 10 ilə yaxın müddətdə Jurnalistika fakültəsinin dekanı işləyib, daim tələbələrin hamisi, dostu kimi tanınıb: “Ömrünü gənc jurnalistlərin peşə hazırlığına həsr etmiş Akif müəllim həm tələbələrin, həm də fakültə kollektivinin çox sevdiyi, hörmət etdiyi bir insandır. Onun tələbələrə münasibəti təkcə müəllim - tələbə münasibəti deyil, övlad münasibətidir. Yüksək peşəkarlıq, sadəlik, xeyirxahlıq və dürüstlük Akif müəllimin pedaqoq kimi əsas cəhətləridir”.

            Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli Akif Rüstəmovun  fakültənin böyük ustadları Nəsir İmanquliyev, Şirməmməd Hüseynov tərəfindən əsası qoyulan təmizlik ənənələrinə sadiq insan adlandırıb. Qeyd edib ki, jurnalistikanın nəzəriyyəsi ilə bağlı çoxsaylı araşdırmaları, elmi məqalələri və kitabları olan Akif Rüstəmov bu biliklərin tələbələrə aşılanması istiqamətində böyük səy göstərib: “Professorun saxta xəbərlərin aşkara çıxarılması, araşdırılması və mediada etik prinsiplərə riayət olunması ilə bağlı araşdırmaları bu gün də gənc jurnalistlərin köməyinə yetir. Ömrünün yarım əsrdən artıq bir dövrünü Azərbaycan jurnalistikasının inkişafına və bu sahədə peşəkar kadr hazırlığına həsr etmiş Akif müəllimə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram”.

            Daha sonra Akif Rüstəmovun həyat yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

            Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin rəhbəri Tahir Aydınoğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, Bakı Mühəndislik Universitetinin tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə, yazıçı-publisist İlqar Rəsul, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva, Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, Multimedia və elektron kommunikasiya kafedrasının professoru Allahverdi Məmmədli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Zaur Babayev, Əməkdar jurnalist Namiq Əhmədov, fakültənin məzunu Əsgər İsmayılov Akif Rüstəmovun elmi-pedaqoji fəaliyyətinə nəzər salıb, xatirələrini bölüşüblər.

            BDU-da professor Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
            BDU-da professor Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
            BDU-da professor Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
            BDU-da professor Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
            BDU-da professor Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
            BDU-da professor Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
            BDU-da professor Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
            BDU-da professor Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
            BDU-da professor Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
            BDU-da professor Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
            BDU-da professor Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
            BDU-da professor Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.02.2026 | 11:06

            BDU-da Çin Yaz Festivalı keçirilib

            05.02.2026 | 09:47

            BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025