BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da müasir Azərbaycan-ingilis ədəbi əlaqələri müzakirə olunub

            BDU-da müasir Azərbaycan-ingilis ədəbi əlaqələri müzakirə olunub

            ELM 5 Mart 2026 17:15

            BDU-da müasir Azərbaycan-ingilis ədəbi əlaqələri müzakirə olunub

            Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Müasir Azərbaycan-ingilis ədəbi əlaqələri” mövzusunda elmi seminar keçirilib.

            Seminarda Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Şahin Xəlili məruzə edib.

            Professor qeyd edib ki, XVIII əsrdən başlayaraq Azərbaycanla ingilisdilli ölkələr arasında formalaşan ədəbi münasibətlər yalnız təsadüfi əlaqələr deyil, uzunmüddətli mədəni və estetik qarşılıqlı təsirin nəticəsidir. Bu əlaqələrin bütün inkişaf mərhələlərinin tam və hərtərəfli şəkildə araşdırılması üçün yalnız ayrı-ayrı faktların deyil, bütöv tarixi-ictimai proseslərin nəzərə alınması vacibdir. Çıxışda vurğulanıb ki, Azərbaycan–ingilis ədəbi münasibətləri əsasən folklor paralelləri, epos və dastan ənənələri, eləcə də klassik mətnlərin tərcüməsi və qavranılması müstəvisində formalaşıb. Xüsusilə “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarının ingilis dilinə tərcümələri bu əlaqələrin mühüm mərhələsi kimi dəyərləndirilib.

            Professor çıxışı zamanı müasir ingilis şairlərinin yaradıcılığına da toxunaraq vurğulayıb ki, onların şeirlərinin Azərbaycan dilinə tərcüməsi iki xalq arasında ədəbi əlaqələrin inkişafında mühüm rol oynayır. Bu tərcümələr vasitəsilə müasir ingilis poeziyasına xas estetik düşüncə, fəlsəfi yanaşma və dünyagörüşü Azərbaycan oxucusuna çatdırılır. Alimin fikrincə, müasir poeziya müstəvisində aparılan bu cür tərcümə fəaliyyəti Azərbaycan-ingilis ədəbi əlaqələrini yeni mərhələyə yüksəldir.

            Şahin Xəlilli bildirib ki, Avropa, o cümlədən Böyük Britaniya ilə Azərbaycan arasında yaranmış ədəbi əlaqələr təkcə bədii mətnlərin ötürülməsi ilə məhdudlaşmır, həm də mədəni düşüncə, estetik baxış və ideya mübadiləsi səviyyəsində özünü göstərir. Bu baxımdan, Azərbaycan–ingilis ədəbi əlaqələri milli ədəbiyyatın dünya ədəbiyyatı kontekstində öyrənilməsi üçün mühüm elmi baza yaradır.

            Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.

            BDU-da müasir Azərbaycan-ingilis ədəbi əlaqələri müzakirə olunub
            BDU-da müasir Azərbaycan-ingilis ədəbi əlaqələri müzakirə olunub
            ELM

            Son XƏBƏRLƏR

            05.03.2026 | 17:17

            BDU-nun dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş tədbir

            05.03.2026 | 17:16

            Akademik Vaqif Fərzəliyev BDU-da ustad dərsi deyib

            05.03.2026 | 16:08

            BDU-da V "Tusi" inkubasiya proqramı haqqında infosessiya

            05.03.2026 | 15:53

            BDU-da Məzunlar Cəmiyyətinin növbəti seminarı - “İKT sahəsində təşkilati davranış və idarəetmə”

            05.03.2026 | 15:29

            BDU-nun “Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XV Respublika müsabiqəsinin qalibidirlər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025