BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXIV Respublika elmi konfransı

            BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXIV Respublika elmi konfransı

            ELM 17 May 2024 16:13

            BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXIV Respublika elmi konfransı

            Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun (ETİ) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXIV Respublika elmi konfransı keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Giriş sözü ilə çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladaraq, yaşıl dünya, yaşıl inkişaf və yaşıl enerji məsələlərinin dövrümüzün ən aktual problemləri olduğunu, onların həllində elm və təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib. Hüseyn Məmmədov alternativ enerji texnologiyalarının yaradılmasında fiziklərin önəmli nailiyyətlər əldə etdiyini vurğulayaraq, BDU-nun Fizika fakültəsinin alimlərinin də bu istiqamətdə tədqiqatlar apardığını bildirib. O, bu sahədə kadr hazırlığının önəmli olduğunu qeyd edib, Fizika fakültəsinin magistratura pilləsində “Alternativ enerji mühəndisliyi” ixtisaslaşmasının yaradılması təklifini irəli sürüb.

            Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı BDU-da və fakültədə silsilə tədbirlərin keçirildiyini nəzərə çatdırıb. Bəxtiyar Paşayev gənc tədqiqatçıların yeni çağırışlara cavab verən elmi istiqamətlərə cəlb olunmasının zəruriliyini qeyd edib.

            Fizika Problemləri ETİ-nin direktoru Sədiyar Rəhimov konfransa BDU ilə yanaşı, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Milli Müdafiə Universiteti, Azərbaycan Fransa Universiteti, Azərbaycan Neft və Sənaye Universitetinin gənc tədqiqatçılarının da qatıldığını, ümumilikdə 107 materialın tezislərinin qəbul edildiyini, plenar iclasda 2 məruzənin dinlənəcəyini, sonra 5 bölmədə konfransın işinin davam edəcəyini bildirib. Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri Maarif Cəfərov alternativ enerji texnologiyalarının yaradılmasında yeni istiqamətlərin və materialların tətbiq olunduğunu, bu sahədə çalışa biləcək tədqiqatçı mütəxəssislərin yetişməsi üçün dünyadakı elmi məktəblərin imkanlarından yararlanmağın zəruriliyini diqqətə çatdırıb.

            Sonra plenar məruzələr dinlənilib. Optika və molekulyar fizika kafedrasının doktorantı Əfsanə Surxaylı  “Ps-Si nanokompozitlərinin sinxron termik analiz metodu ilə tədqiqi”, Nəzəri fizika kafedrasının II kurs magistrantı İlyas Abuşzadə “İnvestigation of the threshold phenomenon for small-scale dynamo generation in shell opproach” mövzusunda tədqiqatlarının nəticələrini təqdim ediblər.

            Konfrans 5 bölmədə fəaliyyətini davam etdirib. “Nəzəri fizika və astrofizika” bölməsində 20, “Biofizika və molekulyar fizika” bölməsində 14, “Bərk cisimlər və yarımkeçiricilər fizikası” bölməsində 37, “Nanoquruluşların fizikası və texnologiyası” bölməsində 24, “Fiziki elektronika” bölməsində 10 məruzə dinlənilib.

            BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXIV Respublika elmi konfransı
            BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXIV Respublika elmi konfransı
            BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXIV Respublika elmi konfransı
            ELM

            Son XƏBƏRLƏR

            24.06.2026 | 07:49

            BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

            23.06.2026 | 16:42

            BDU-da bitki mənşəli nanohissəciklərin canlı sistemlərə təsiri müzakirə olunub

            23.06.2026 | 16:35

            BDU ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

            23.06.2026 | 16:11

            BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

            23.06.2026 | 14:37

            BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025