BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Gənc tədqiqatçı və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı

            BDU-da Gənc tədqiqatçı və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı

            ELM 20 May 2024 16:49

            BDU-da Gənc tədqiqatçı və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı

            Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçı və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib.
            Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə konfransı giriş sözü ilə açaraq müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda təhsilin, elmin inkişafı istiqamətlərində önəmli işlər görüldüyünü qeyd edib. Gənclərin elmi-tədqiqat işinə cəlb olunmasının BDU-nun prioritet vəzifələrindən olduğunu vurğulayıb.
            Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan rəhbərlik etdiyi fakültənin gənc alim və magistrantlarına konfransın işində uğurlar diləyib, Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etdiyini deyib. Qeyd edib ki, Ulu Öndər Azərbaycanın tərəqqisi, onun iqtisadi, siyasi və mədəni həyatı, demokratik dövlət və cəmiyyət qurulmasında gənclərin rolunun danılmaz olduğunu vurğulayıb.
            Konfransda Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Familə Nəcəfli orta əsr farsca-türkcə lüğətlərin xüsusiyyətlərindən, yaranma tarixindən, əlyazma variantlarından bəhs edib, onların mövzu üzrə təsnifi, quruluş prinsiplərindən nümunələr səsləndirib.
             Türk filologiyası kafedrasının müəllimi Həyat Məmmədova məruzəsində Yaşar Kamalın yaradıcılığı haqqında məlumat verib və yazıçının “İlanı öldürsələr” romanında ilan və insan kultu haqqında təhlillərini təqdim edib. 
            Daha sonra fakültənin gənc doktorant və magistrantları Şərq ölkələrinin dili, ədəbiyyatı, filologiyası, fəlsəfi fikrin öyrənilməsi və araşdırılması haqqında məruzələr ediblər. Konfransda “Ərəb ədəbi dilində morfoloji və sintaktik zaman”,  “Xətib Təbrizinin şagirdləri”, “Həzrət Sultan Bahu fəlsəfi dünyagüşündə “Nəfs” və “Zikr” anlayışları”, “Ərəb dilində siyasi istiarələrin ifadə formaları”, “Ərəb yazısının öyrənilməsi və Quran yazı üsulu”, “Yapon və Azərbaycan dillərində tərz kateqoriyasının müqayisəli tədqiqi”, “Xalidə Ədib Adıvarın “Atəşdən köynək” əsərində Aişə obrazı”, “Əbdürrəhman Caminin həyat və yaradıcılığna baxış”, “Nazim Himət poeziyası”, “XX əsrdə ərəb dilinə tərcümə edilmiş Azərbaycan ədəbiyyatı nümunələri”, “Müasir Türk dilində inkarlıq kateqoriyası”, “İbri dilində söz sırası” kimi mövzularda məruzələr dinlənilib.

            BDU-da Gənc tədqiqatçı və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı
            BDU-da Gənc tədqiqatçı və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı
            BDU-da Gənc tədqiqatçı və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı
            BDU-da Gənc tədqiqatçı və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı
            ELM

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025