BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi”: Gənc istedadlarla görüş

            BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi”: Gənc istedadlarla görüş

            SOSİAL 9 Aprel 2025 21:33

            BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi”: Gənc istedadlarla görüş

            Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədləri (DİM) həftəsi" davam edir. Həftənin üçüncü günü "Keyfiyyətli təhsil” məqsədi çərçivəsində BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüş keçirilib. Görüşün məqsədi  şagirdlərə keyfiyyətli təhsilin əhəmiyyəti, imkanları və bu sahədəki çağırışlar barədə məlumat verməkdir.

            BDU THİK-in sədri Zöhrab Cavadzadə ölkəmizdə aparılan təhsil siyasətindən söz açıb, insan kapitalının artırılmasının qanunvericilikdə, strategiya və proqramlarda prioritet məsələ kimi nəzərdə tutulduğunu bildirib.

            BDU-nun Tədrisin təşkili və idarə olunması Mərkəzinin Tədris prosesinin idarə olunması şöbəsinin müdiri Fərhad Aydınlı təhsilin əhəmiyyəti və cəmiyyətin inkişafındakı rolundan söz açıb. Həmçinin "Keyfiyyətli təhsil” məqsədində öz əksini tapan gender bərabərliyi və bunun bütün növ təhsil müəssisələrində düzgün icrasının vacibliyini vurğulayıb. Daha sonra şagirdləri ölkədə ali təhsil sisteminin əsasını qoyan və ənənələri ilə məktəb yaradan BDU-nun tədris və elmi fəaliyyəti ilə tanış edib.

            Təhsilin İnkişafı Fondunun sədr müavini Xanım Daşdəmirova isə interaktiv formada apardığı təqdimatında qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib,  keyfiyyətli təhsilin sağlam vətəndaş amilində əsas rola sahib olduğunu deyib. Hazırda Fondun müxtəlif proqram və layihələr ilə təhsilin bütün pillələri üzrə inkişafı təmin etdiyini bildirib.

            Görüşdə qonaqlar düzgün ixtisas seçiminin gələcək həyatın planlanması yolunda atılan əsas addım olduğunu qeyd edib və bu istiqamətdə hər zaman dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

            Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb, məsləhətlər verilib.

            BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi”: Gənc istedadlarla görüş
            BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi”: Gənc istedadlarla görüş
            SOSİAL

            Son XƏBƏRLƏR

            19.03.2026 | 00:30

            Təbiətin oyanış və birlik bayramı - Novruz

            19.03.2026 | 22:00

            Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

            19.03.2026 | 19:00

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

            19.03.2026 | 16:37

            BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

            19.03.2026 | 16:17

            BDU-da “Web of Science” platformasından effektiv istifadəyə dair təlim keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025